Dekabrın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında uşaq, yeniyetmə və gənclərin əl işlərindən ibarət “Müstəqil Azərbaycanım” adlı ümumrespublika müsabiqə-sərgisi keçiriləcək.
Ölkəmizin müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunacaq tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində ümumrespublika musiqi müsabiqəsinin təşkili də nəzərdə tutulur.
Tədbirin təşkilində məqsəd müstəqil dövlət quruculuğu sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlərin təbliği və gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasından ibarətdir.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.