Dekabrın 14-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “21 Azər” hərəkatının süqutundan sonra Bakıya mühacir etmiş Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökümə Billuri və s. şair və yazıçıların yubileyləri ilə əlaqədar onların şəxsi əşyalarından ibarət sərgi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə 12 dekabr 1945-ci ildə xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış Güney Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümündən söhbət açılacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəms, Dünya Azərbaycanlıları Yazarlar Qurumunun təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz, şair Söhrab Tahirin qızı Nəsibə Tahir, ədəbiyyatşünas-tərcüməçi Məsumə Şükürzadə və başqalarının çıxışları nəzərdə tutulub.
Mədəniyyət Nazirliyi Zəfər muzeyi ilə bağlı ictimaiyyətə müraciət edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə hazırlanan videoçarxı təqdim edib.
Azərbaycan ordusunun Kəlbəcər şəhərinə daxil olmasına sayılı günlər qalıb. Bu ərəfədə mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yaymaqda davam edir.