Bakı şəhərində avtobusların sıxlığının aradan qaldırılması üçün nəqliyyatın mübadilə mərkəzləri yaradılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin 1 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, hazırda "Koroğlu" metro stansiyasında bu cür mərkəz fəaliyyət göstərir. Qarşıdakı müddətdə başqa ərazilərdə də sıxlıqlar araşdırılıb bu cür mübadilə mərkəzləri yaradılacaq.
V.Kərimli Bakı Nəqliyyat Agentliyinin son dövrlər gördüyü işlərlə bağlı hesabat verib, avtobusların təhlükəsizliyini, təkrar xətlərin mövcud olmasını hər zaman diqqətdə saxlayıb bu istiqamətdə işlər gördüyünü diqqətə çatdırıb.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.