31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dekabrın 30-da saat 13:15-də Bakı metrosunun stansiyalarında sərnişinlər üçün konsert proqramı başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, konsert proqramı “28 May”, “Elmlər Akademiyası”, “İçərişəhər” və “Bənövşəyi xətt”in “Memar Əcəmi” metro stansiyalarında baş tutacaq. Proqram yanvarın 2-də daxil olmaqla dörd gün davam edəcək.
N.Paşayev qeyd edib ki, sərnişinlər üçün əvvəl klassik, daha sonra xalq mahnıları ifa ediləcək. Konsert hər stansiyada saat yarım müddətində olacaq.
Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir.
2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.