Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub
07 2017 16:37

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım Azərbaycan Mətbuat Şurasında olub.

Şuradan AZƏRTAC-a verilən məlumata görə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum türk dünyasının media təşkilatları ilə sıx əlaqələrə malikdir. Qarşılıqlı əməkdaşlıq ortaq dəyərlərə malik xalqların və toplumların bir-birinə inteqrasiyasına dəstək baxımından mühüm əhəmiyyət daşımaqdadır. Ə.Amaşov, həmçinin qeyd edib ki, Yunus Əmrə Fondu ortaq türk dəyərlərinin yaşadılması istiqamətində fəaliyyəti ilə seçilən qurumlardandır. Mətbuat Şurası bu qurumla əməkdaşlıqda maraqlıdır.

İbrahim Yıldırım bildirib ki, Yunus Əmrə Fondunun nəzdində fəaliyyət göstərən Bakı Yunus Əmrə İnstitutu 2009-cu ildə yaradılıb. Ötən müddət ərzində institut türk dili və mədəniyyətinin təbliği istiqamətində layihələr, təşəbbüslər reallaşdırıb. İ.Yıldırım, həmçinin diqqətə çatdırıb ki, institut media ilə qarşılıqlı əlaqələrə böyük önəm verir. Mətbuat Şurası ilə təmasların da bu baxımdan əhəmiyyətli olacağına inanır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, perspektiv əməkdaşlığın konkret tərəflərinin müəyyənləşdirilməsi ilə bağlı razılığa gəlinib.


10 Dek 2024
Cəmiyyət

Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq

"İşğaldan azad edilmiş Şuşa (6 min 43.7 hektar), Xocalı (24 min 824.4 ha), Ağdərə (46 min 606.7 ha) və Kəlbəcər (15 min 181.4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656.2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir".

10 Dek 2024
Cəmiyyət

Qarabağ Universitetinin yeni korpusları YARADILIR

"Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır".

10 Dek 2024
Cəmiyyət

Zəngilan, Ağdam və Cəbrayıl rayonları ərazisində salınan yaşıllıq sahələrinin həcmi açıqlanıb

Yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində Zəngilan rayonu ərazisində 55,0 hektar (ha), Ağdam rayonu ərazisində 11,0 ha, Cəbrayıl rayonu ərazisində isə 38,0 ha yeni yaşıllıq sahəsi salınıb.

10 Dek 2024
Cəmiyyət

Xankəndidə Ekoloji məsələlər üzrə işçi qrupun növbəti iclası keçirilir

Xankəndi şəhərində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir.

10 Dek 2024
Cəmiyyət

Günəşdə güclü partlayış qeydə alındı

Alimlər dekabrın 10-da Günəşdə M yüksəksinifli güclü partlayış qeydə alıblar.