Bakı-Sumqayıt yolunda qəzada ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB-3

Bakı-Sumqayıt yolunda qəzada ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB-3
09 2017 11:21

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb.

Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir.

Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır.

Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub.  

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

Universitetdən APA-ya verilən məlumata görə, ölənlərdən ikisi - Nəsibov İbrahim və Quliyev İbrahim Universitetin Fizika və elektroenergetika fakültəsinin 3-cü kursunda təhsil alıb. 

***

saat 10.37 

Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb 

Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb. 

***

10.17

Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan 6 nəfəri Sumqayıt şəhər xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır.

***

09.38

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfərin öldüyü, 10-dək şəxsin xəsarət aldığı bildirilir.

APA-nın xəbərinə görə, ölənlərin hər ikisi tələbədir.

İlkin məlumatda mikroavtobusun yola çıxan piyadanı vurmamaq üçün manevr edərkən yolun kənarındakı maneəyə çırpıldığı bildirilsə də, araşdırma zamanı məlum olub ki, mikroavtobus yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda uzun tıxac yaranıb, nəqliyyatın hərəkəti müvəqqəti dayanıb. Hadisə yerinə iki təcili tibbi yardım briqadası cəlb olunub.

***

saat 08.44

 Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Yolda avtomobillərin sıxlığı yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü  yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.

İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.