Bakı Slavyan Universitetində (BSU) Formula-1 Azərbaycan Qran-prisinin təqdimatı keçirilib.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova bu təhsil ocağının tələbələrinin beynəlxalq və ölkədaxili tədbirlərdə iştirakından söhbət açıb. Tələbələrin könüllülük fəaliyyətini yüksək qiymətləndirən prorektor onlara uğurlar arzulayıb.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının meneceri Tural Abdullazadə və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin insan resursları şöbəsinin əlaqələndiricisi Tural Hümbətov 2017-ci il iyunun 23-25-də ölkəmizdə ikinci dəfə keçiriləcək Formula-1 yarışı haqqında iştirakçılara ətraflı məlumat veriblər. Çıxışçılar Qran-pri üzrə “Könüllülər” proqramına qoşulma prosesi, namizədlərə aid olan tələblər və iş sahələri barədə danışıblar.
Sonra “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindəki yeni açılmış akademiyada keçiriləcək təlim proqramlarına dair videoçarx nümayiş olunub.
Tədbirdə gənclərin Formula-1 haqqında məlumatlılığını öyrənmək məqsədilə yarış keçirilib, qalib gələn tələbələrə hədiyyələr təqdim edilib.
Sonda tədbir iştirakçılarına Formula-1 könüllülük proqramı haqqında ətraflı məlumatları əks etdirən bukletlər paylanılıb.
Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir.
2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.