Bu gün başlayan Bakı Şopinq Festivalı çərçivəsində xidmət göstərən mağazaların siyahısı açılanıb.
Trend-in məlumatına görə, müştərilər mayın 10-dək "İdeal", "Soliton", "Next", "Carlo Pazolini", "Mango", "Albatros", "Celio", "Emporium Young", "Emporium Man", "Escada", "Scoop", "Tods", "Emporio Armani", "Guess", "Corneliani" və "VIP Aviasiya Xidmətləri" mağazalarında alış-veriş edə bilərlər.
Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur.
Festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da "Tax free" sistemi tətbiq ediləcək.
ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi "Baku Shopping Festival – Tax Free" stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.
ƏDV-ni 5 bankın - "Kapital Bank", "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan", "Bank Silk Way" və "Azərbaycan Sənaye Bankı"nın filiallarında, həmçinin aşağıdakı ticarət mərkəzlərində quraşdırılmış köşklərdən geri almaq mümkün olacaq:
ƏDV köşkləri quraşdırılmış ticarət mərkəzləri |
||
No |
Adı |
Ünvanı |
1 |
28 Mall |
Bakı, Azadlıq prospekti ilə Füzuli küçəsinin kəsişməsi, AZ 1000 |
2 |
Nərgiz Mall |
Bakı, Səbail rayonu, Nizami küçəsi, 42, AZ 1000 |
3 |
Port Baku |
Bakı, Səbail rayonu, Neftçilər prospekti, 153, AZ 1010 |
4 |
Park Bulvar |
Bakı, Səbail rayonu, Neftçilər prospekti, 1, AZ 1001 |
5 |
Metro Park |
Bakı, Nərimanov rayonu, Təbriz küçəsi, 106A, AZ1000 |
6 |
Gənclik Mall |
Bakı, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, AZ 1000 |
Bakı Şopinq Festivalının TƏQVİMİ və mağazaların SİYAHISI
Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Azərbaycan ərazisində yanvarın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76 ABŞ dolları, yaxud 0,92% azalaraq, 81,23 ABŞ dolları olub.