Bakı Neft Emalı Zavodunda bütün qurğular üzrə Mühəndislik, Satınalma və Tikinti işlərinə ilin sonunda başlanacaq

Bakı Neft Emalı Zavodunda bütün qurğular üzrə Mühəndislik, Satınalma və Tikinti işlərinə ilin sonunda başlanacaq
10 2017 14:22

Bu ilin sonunda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) yenidənqurma və modernizasiya layihəsi üzrə həm yeni qurğular, həm də yenidən qurulacaq qurğular üzrə EPC (Mühəndislik, Satınalma və Tikinti) mərhələsinə start veriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strateji inkişaf üzrə vitse-prezidentinin müşaviri Teymur Əliyev bildirib.

O xatırladıb ki, artıq Yeni Bitum Qurğusu üçün EPC mərhələsinə başlanılıb: “Ötən il "Poerner" şirkəti (Avstriya) ilə müqavilə imzalanıb. Bu qurğu üçün Detallı Layihələndirmə işləri və əsas avadanlıqların satınalınması işləri tamamlanıb”.

T.Əliyevin sözlərinə görə, bu ay Bitum Qurğusunun tikintisi işlərinə başlanacaq: “2018-ci ilin II-III rübündə Heydər Əliyev adına Neft Emalı Zavodunda Yeni Bitum Qurğusu istismara veriləcək”.

SOCAR vitse-prezidentinin müşaviri yenidənqurma və modernizasiya işləri çərçivəsində zavodda indiyədək görülən işlərdən də danışaraq bildirib ki, bu günə qədər bir çox böyük şirkətlər tərəfindən baza sənədləri hazırlanıb: “Eyni zamanda, "Amec-Foster Wheeler"/"SOCAR-Foster Wheeler" alyansı tərəfindən İlkin Detallı Layihələndirmə (FEED) işləri tamamlanıb. Hazırda seçim prosesinə başlanılıb. Zavodda inşa olunacaq yeni qurğular və yenidən qurulacaq qurğular üzrə podratçıların seçimi nəzərdə tutulub. Artıq yeni qurğuları inşa edəcək şirkət üçün xarici məsləhətçilərimiz tərəfindən seçim prosesinə start verilib. Yenidən qurulan qurğular üzrə isə qısa zamanda seçim prosesinə start veriləcək. Bu prosesdə böyük şirkətlər iştirak edir. Hazırda şirkətlərin prekvalifikasiya işləri aparılır”.

Onun sözlərinə görə, layihə çərçivəsində zavodda 12-15 yeni qurğunun tikintisi, digər qurğuların isə yenidən qurulması nəzərdə tutulur.

T.Əliyev hazırda yenidənqurma və modernizasiya işləri üçün kapital xərclərinin azaldılmasının nəzərdən keçirildiyini bildirib: “Zavodda illik 7,5 mln. ton neft emalı nəzərdə tutulurdu, lakin hazırda optimallaşdırma işləri aparılır, ola bilsin emal eyni qalsın və ya cüzi azaldılsın. Burada hər şey Neftin İlkin Emalı qurğusundan asılıdır. Hazırda bu qurğu daha dəqiq qiymətləndirilir. Biz bütövlükdə layihə üzrə kapital xərclərini azaltmaq istəyirik. Bunun iqtisadi nöqteyi-nəzərdən səmərəliliyinə baxılacaq”.

O, qiymətləndirmə aparıldığından hazırda xərclərin həcminin dəqiq olmadığını bildirib: “Zavodların yenidən qurulması layihəsi üçün dövlət tərəfindən 1,3 mlrd. manat (Azərbaycan Beynəlxalq Bankı) kredit ayrılması nəzərdə tutulub. Bu məbləğ 2 il öncə razılaşdırılmış məbləğdir. Avadanlıqlar isə xaricdən alınır və dollarla hesablanır. Biz layihənin xərclərinin azaldılması üçün əlimizdən gələni edirik. Paralel olaraq da hökumətlə bu məbləğin dollar ekvivalentində olması üçün işləyirik”.

Heydər Əliyev adına Neft Emalı Zavodunda bütün qurğuların tikinti işlərinə başladıqda zavodun istehsala davam edib-etməyəcəyinə gəldikdə isə SOCAR rəsmisi bildirib ki, zavodda istehsal aparılacaq, yalnız müəyyən müddətdə zavod təmirə dayanacaq: “Biz də çalışacağıq ki, bu müddəti minimallaşdıraq. Bu müddət 1 ay, 40-45 gün davam edə bilər. Bu da ən mürəkkəb işlərdən biridir. Azərbaycanda bir neft emalı zavodu var və onun təmirə dayanması benzinin, dizel yanacağının istehsalını dayandırır, tələbatın ödənilməsi üçün xaricdən məhsul idxal etməli oluruq. Buna görə də çalışırıq ki, bu müddəti mümkün qədər qısaldaq”.

Onun sözlərinə görə, bu ildən başlayaraq işlər yekunlaşanadək (2020-ci il) hər il müəyyən işlər görüləcək ki, bir dəfəyə uzun müddət zavodda istehsal dayandırılmasın.

T.Əliyev “Azərikimya”da aparılan yenidənqurma işləri barədə də məlumat verərək xatırladıb ki, keçən ilin noyabr ayında “Tecnip” (İtaliya) şirkəti ilə EPC müqaviləsi imzalanıb. Onun sözlərinə görə, hazırda Detallı Layihələndirmə həyata keçirilir, əsas avadanlıqlar üzrə sifarişlər yerləşdirilir. SOCAR rəsmisi burada yenidənqurma işlərinin mərhələli şəkildə aparılacağını və tam olaraq 2020-ci ildə yekunlaşacağını əlavə edib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.