Bakı Limanı Prezidentin sərəncamı ilə bağlı öhdəliklərini açıqladı

Bakı Limanı Prezidentin sərəncamı ilə bağlı öhdəliklərini açıqladı
02 2017 14:47

Azərbaycan Prezidenti İlham Əliyev 20 fevral tarixində ölkəyə turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncamın 3.2-ci bəndində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın (Bakı Limanı) öhdəlikləri də müəyyənləşdirilib. 

Bakı Limanının Strateji Planlama və İnkişaf departamentinin müdiri Xudayar Həsənli Azərbaycan Televiziyasının (AzTV ) “Günün Nəbzi” verlişində çıxış edərək bu barədə daha ətraflı məlumat verib. 

Qeyd edək ki, Prezidentin müvafiq sərəncamı ilə Dövlət Dəniz Administrasiyası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Xəzər dənizində gəmi turlarının təşkili məqsədi ilə Xəzər dənizinin sahilyanı dövlətləri ilə danışıqlar aparmaq və nəticəsi barədə dörd ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək, vizaların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsistemindən kənar doldurulması hallarının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqlarında quraşdırılmış “Viza” altsisteminə aid avadanlığın tam işlək vəziyyətə gətirilməsini və vizaların yalnız həmin altsistem vasitəsilə rəsmiləşdirilməsini üç ay müddətində təmin etmək bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat vermək, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN ödəniş” terminalları vasitəsilə elektron viza üçün bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində müraciət etmək imkanı olduğu barədə məlumatın nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin edib bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.