9 dekabr tarixində Binəqədi rayonunda yerləşən Bakı Humanitar Kollecində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanov, kollecin müəllim və tələbə heyəti iştirak etdilər.
İlk öncə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Daha sonra çıxış edən Bakı Humanitar Kollecinin direktoru Vaqif Əmiraslanov tədbiri açıq elan etdi.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Ulu Öndərin həyatı haqqında geniş məlumat verdi və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açaraq, Ulu Öndərin Azərbaycan xalqına qoyub getdiyi ən böyük mirasın məhz onun özünün müəllifi olaraq yaratdığı şah əsəri - müstəqil və suveren Azərbaycan dövlətinin olduğunu vurğuladı.
Çıxışlardan sonra Bakı Humanitar Kolecinin tələbələrinin iştirakı ilə bədii hissə nümayiş etdirildi.
Azərbaycan ərazisində noyabrın 3-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Yaxın gələcəkdə Qarabağda çövkən yarışları keçiriləcək.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 68 milyon 600 min ABŞ dolları dəyərində şaftalı ixrac edilib.