Bakı Fond Birjasında 5 şirkətin üzvlüyünə xitam verildi

Bakı Fond Birjasında 5 şirkətin üzvlüyünə xitam verildi
25 2017 10:29

“Bakı Fond Birjası” QSC-də (BFB) 5 şirkətin üzvlüyünə xitam verilib.

Birjadan Trend-ə verilən məlumata görə, “Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı ilə 2016-cı ilin yanvar ayından etibarən üzvlüyü dayandırılmış “BROKDİL-AZ” MMC, “Çelsi Kapital” MMC, “Bob Broker” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu və BFB-nin Üzvlük qaydalarına uyğun olmadıqlarına görə BFB-də üzvlüyünə xitam verilib.

Qeyd olunmuş təşkilatların qanunvericiliyə uyğunlaşması üçün lazımi prosedurlar bitdikdən sonra onların üzvlüklərinin yenidən bərpasına baxılması BFB tərəfindən nəzərdən keçiriləcək.

Qeyd edək ki, “BROKDİL-AZ”, “Bob Broker” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC BFB-nin səhmdarları olmaqda davam edirlər.

Hazırda BFB-nin “Kapital Menecment İ.Ş. ASC”, “İnvest-AZ İ.Ş. QSC”, “Az-Finans İ.Ş. QSC”, “Unicapital İ.Ş. ASC”, “Paşa Kapital İ.Ş. QSC” və “PSG-Kapital İ.Ş. QSC” daxil olmaqla 6 üzvü var.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.