Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Holokost faciəsinə həsr olunmuş “dəyirmi masa” keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Holokost faciəsinə həsr olunmuş “dəyirmi masa” keçirilib
27 2017 16:30

Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Holokost faciəsinə həsr olunmuş “dəyirmi masa” təşkil olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri BBMM-in icraçı direktoru Azad Məmmədov açaraq hər il yanvar ayının 27-si tarixinin BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş 60/7 saylı qətnaməyə əsasən Beynəlxalq Holokost qurbanlarının Anım Günü kimi qeyd edildiyini bildirib. İcraçı direktor yəhudilərin əsrlərdir Azərbaycanda dostluq şəraitində yanaşı yaşadığını vurğulayaraq deyib: “Biz fəxr edirik ki, Azərbaycanda heç vaxt antisemitizm meyilləri olmayıb, burada yaşayan bütün etnik icmalar bir-biri ilə ən yüksək səviyyədə dostluq, qardaşlıq münasibəti qurublar”.

BBMM-in şöbə müdiri Rəşad İlyasov “dəyirmi masa”da “Holokost faciəsinin tarixi” mövzusunda məruzə ilə çıxış edib. Şöbə müdiri diqqətə çatdırıb ki, baş vermiş faciələri unutmaq yeni fəlakətlərə səbəb ola bilər, ona görə də yaşanmış faciələri xatırlayaraq gələcəyə doğru irəliləmək lazımdır.

AMEA-nın İnsan Hüquqları İnstitutunun alimi Moisey Bekker Azərbaycanda Holokost faciəsinin anılmasının ənənə halını almasını təqdirəlayiq hal kimi qiymətləndirib, bunun ölkəmizdəki multikultural və tolerant əhvalın göstəricisi kimi dəyərləndirib. Alim Azərbaycan dövlətinə və BBMM-in rəhbərliyinə yəhudi xalqının başına gətirilən bu dəhşətli faciəyə həssaslıqla yanaşdığına və hər il Holokost qurbanlarının xatirəsinin anıldığına görə minnətdarlığını ifadə edib. Moisey Bekker Holokost etnoniminin mahiyyətindən söz açaraq deyib: “Holokost kəlməsi “yanıb kül olmuş” mənasını verir və bu ad təsadüfi deyil. Çünki Almaniyada faşizm rejimi hakimiyyətdə olduğu vaxtda Hitlerin əmri ilə milyonlarla yəhudi ölüm düşərgələrində dəhşətli işgəncələrə məruz qalıb, qaz kameralarında boğulub və yandırılıb. Bu günahsız insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrəti və faşizm irqçiliyi idi”.

Moisey Bekker, həmçinin azərbaycanlıların və türklərin, eləcə də müxtəlif ölkə diplomatlarının yəhudiləri bacardıqları qədər Holokost qırğınından qorumaq üçün səy göstərdiklərini xatırladaraq bildirib: “Mənim yaxın qohumlarım da vuruşarkən faşistlərə əsir düşüb. Ölüm düşərgəsində azərbaycanlılar onlara bir neçə ərəbcə dualar öyrədib ki, faşistlər sorğu-sual apararkən onların yəhudi olduqlarını gizlədib müsəlman kimi təqdim etsinlər və onları bu yolla Holokost qurbanları olmaqdan qoruya biliblər. Bu da bir daha onu göstərir ki, multikultural əhval Azərbaycan xalqının ruhundadır. Bu gün də multikulturalizm siyasəti Azərbaycanda aparıcı xətdir və burada yəhudilərin sərbəst, mehribanlıqla əsrlərdir yaşaması da buna sübutdur. İnanıram ki, Azərbaycanda multikulturalizm həmişə mövcud olacaq”.

Azərbaycandakı Dağ yəhudiləri icmasının nümayəndəsi ravvin Abraham ölkəmizdə yəhudilərin kipa ilə rahatca dolaşdığını, mütəmadi olaraq sinaqoqlarda dini bayramlarını yüksək səviyyədə qeyd etdiyini, Avropanın bəzi ölkələrində bunun bəzən mümkün olmadığını söyləyib. Ravvin dünyanın bir sıra ölkələrinin Azərbaycan multikulturalizm modelindən örnək almalarının vacibliyini qeyd edib.

BBMM-in müşaviri, professor Aytən Qəhrəman faciəsinin 1933-cü ildən başlayaraq mərhələli şəkildə həyata keçirildiyini vurğulayıb. O deyib: “1933-cü ildə yəhudilərin hüquqlarının azaldılması ilə addım-addım başlayan fəlakət sonda Faşist hökümətinin əlinə keçən bütün Avropa yəhudilərini öldürməsi ilə nəticələndi. Müəyyən mərhələlərlə bu proses əvvəl yəhudilərin hüquqlarının alınması və yüksək rütbələrdən uzaqlaşdırılmalarıilə başladı, sonra yəhudilərin mallarının və mülklərinin əllərindən alınması və Gettolarda yaşamağa məcbur olunmaqları ilə davam etdi və “Son həll”, onların toplanıb ölüm düşərgələrinə aparılmaları və orada sistemli şəkildə qaz kameralarında boğulması ya da fərqli şəkildə öldürülüb cəsədlərinin yandırılması ilə nəticələndi”.

Mərkəzin müşaviri bu yaxınlarda İsveçrədə UNESCO-nun təhsil üzrə beynəlxalq bürosunun baş direktoru xanım Mantsetsa Marope ilə görüşünü xatırladıb, həmin vaxt Holokost və Xocalı faciələri ilə bağlı fikir mübadiləsi aparıldığını da diqqətə çatdırıb. Aytən Qəhrəman, həmçinin qonaqlara həmin büronun hazırladığı “Səssiz şahidlər: 21-ci əsrdə təhsildə Holokost tədrisi, siyasət və təcrübə” (“As the Witnesses Fall Silent: 21st Sentury Holocaust Education in Curriculum, Policy and Practice” ) kitabını təqdim edib. O, yəhudi icmasının birgə dəstəyi ilə Azərbaycanda tədris sistemində də Holokost və Xocalı faciələrinin tədrisinin yer aldığı bu kitaba bənzər nəşrin vacibliyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Holokost faciəsini tarixin dönüş nöqtəsi kimi səciyyələndirib. Aparat rəhbəri Azərbaycan və yəhudi xalqının oxşar taleyindən söz açıb, hər iki xalqın etnik mənsubiyyətinə görə soyqırıma məruz qaldığını bildirib.

Azərbaycanda əsrlərlə yaşı olan multikultural təcrübədən söz açaraq hər il Holokost faciəsinin qurbanlarını ehtiramla yad olunmasını bunun parlaq təzahürü kimi qiymətləndirib. Azərbaycan və yəhudi xalqlarının dostluğundan danışan İsaxan Vəliyev hər iki xalqın oxşar faciələri yaşadığını - yəhudilərin Holokost, azərbaycanlıların isə Xocalı soyqırımına məruz qaldığını deyib. Çıxışlardan sonra dəyirmi masa müzakirələrlə davam edib.


11 Okt 2024
Cəmiyyət

Muxtar Babayev fransalı nazirlə görüşüb

COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində Fransanın energetika naziri Olqa Jiverne ilə görüşüb.

11 Okt 2024
Cəmiyyət

Son 23 ildə Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 24 % azalıb

Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 2000-2023-cü illər ərzində 5,6 milyard kubmetr və ya 24 % azalaraq 17,8 milyard kubmetrə düşüb.

11 Okt 2024
Cəmiyyət

Bu gün Beynəlxalq Qızlar günüdür

Bu gün dünyada Beynəlxalq Qızlar günü qeyd olunur.

11 Okt 2024
Cəmiyyət

Azərbaycanda elektron su atlası yaradılacaq

Azərbaycanda 2025-2027-ci illərdə coğrafi informasiya sistemləri (CİS) əsasında elektron su atlasının yaradılması planlaşdırılır.

11 Okt 2024
Cəmiyyət

Fərid Qayıbov Bakıda səfərdə olan Mesut Özili qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü, onun rəhbərlik etdiyi nümayəndə heyətini və Mesut Özili qəbul edib.