Bahar Muradova: Azərbaycan uşaq hüquqlarının müdafiəsi sahəsində öhdəliklərini yerinə yetirir

Bahar Muradova: Azərbaycan uşaq hüquqlarının müdafiəsi sahəsində öhdəliklərini yerinə yetirir
15 Dek 2016 15:11

Dekabrın 15-də Azərbaycan Respublikasının Milli Məclisi UNICEF-in Azərbaycan nümayəndəliyi ilə birgə “Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis-UNICEF əməkdaşlığı” mövzusunda tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, eləcə də UNICEF ilə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova tədbirdə çıxış edərək Azərbaycanın uşaq hüquqlarının müdafiəsi sahəsində yerli və beynəlxalq öhdəlikləri yerinə yetirdiyini söyləyib. Bildirib ki, bu istiqamətdə UNICEF ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çünki ölkəmiz müstəqilliyin ilk illərindən bu təşkilatla əməkdaşlığa başlayıb və birgə fəaliyyət proqramı üzərində işləyib. Azərbaycan UNICEF-in fəaliyyətini tənzimləyən beynəlxalq proqramlara qoşulub. Şübhəsiz ki, uşaqların beynəlxalq müdafiəsində UNICEF müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan, Azərbaycanın da həmin təşkilatla birgə səmərəli işləməsi özünün uğurlu nəticəsini göstərir.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin çıxışında Azərbaycanın bu təşkilat ilə uğurlu əməkdaşlığından bəhs edib. O, uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə görülən tədbirləri müsbət qiymətləndirib. Eyni zamanda, gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün bir sıra təkliflər səsləndirib.

Edvard Karvardin deyib ki, qan azlığı və ya anemiya dövrümüzün ən geniş yayılmış problemlərindən biridir. Bəzi insanlar dəmir çatışmazlığından əziyyət çəkirlər. Ona görə də bu vəziyyətdən çıxış yolları üzərində çalışmaq lazımdır. Bundan başqa, valideynlərin uşaqlarını atması və ya uşaq evlərinə verməsi hallarına qarşı effektiv tədbirlər görülməlidir. E.Karvardin UNICEF-in uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycana hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı bu günədək 35 qanun qəbul edilib, 100-dən çox qanuna isə əlavə və dəyişikliklər olunub. Azərbaycan hökuməti uşaqların müdafiəsi sahəsində çox ciddi tədbirlər görür. Onların səmərəli fəaliyyəti, təlim-tərbiyəsi üçün müxtəlif tədris mərkəzləri, idman kompleksləri tikilir.

Sonra uşaqlarla bağlı film nümayiş etdirilib.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA komitəsində uşaqlar üzrə baş məruzəçi Sevinc Fətəliyeva Azərbaycanın Avropa Şurasında müvafiq fəaliyyəti barədə danışıb. Bildirib ki, 2010-cu ildə Avropa Şurası tərəfindən Lansarote Konvensiyası imzalanıb. Bu konvensiyanın davamı olaraq uşaqlara qarşı cinsi zorakılıqla mübarizə proqramı həyata keçirilir. Bu proqram şəbəkə qismində reallaşır. Bu illər ərzində 31 ölkə bu proqramı ratifikasiya edib. Bu günədək şəbəkənin 27 iclası keçirilib.

Deputat deyib ki, zaman getdikcə uşaq hüquqları anlayışı da dəyişir, yeni çağırışlar, hədəflər ortaya qoyulur. Bu gün ən ciddi məsələlərdən biri uşaqların kiber mühitdə təhlükəsizliyi məsələsidir. 2015-ci ildə Avropa Şurasının Nazirlər Kabineti noyabrın 18-ni uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü kimi qəbul edilib. Artıq iki ildir bu gün bütün Avropa Şurasına üzv dövlətlərdə, eləcə də Azərbaycanda qeyd olunur.

İnformasiya texnologiyalarının artıq həyatımızın ayrılmaz hissəsi olduğunu deyən S.Fətəliyeva bildirib ki, uşaqların təhlükəsiz internetdən istifadəsi də qanunvericilikdə öz əksini tapmalıdır. Azərbaycan parlamentində artıq bununla bağlı qanun layihəsi hazırlanır.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov uşaqların hüquqlarının müdafiəsi və təmin edilməsi istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə danışıb. Bildirib ki, bu istiqamətdə görülən işlərə baxsaq, həm qanunvericiliyin təkmilləşdirilməsini, həm preventiv, maarifləndirici tədbirlər kimi davamlı yanaşmanın mövcud olduğunu görərik. Parlamentdə bu istiqamətdə tədbirlərin keçirilməsi həmin məsələyə olan diqqətin göstəricisidir. Uşaqlarla bağlı qanunvericilik, onların sosial müdafiəsi hər bir dövlət üçün strateji məsələdir. Uşaqlara qarşı bugünkü qayğı sabaha olan keyfiyyətli insan kapitalıdır. Bu, həm də cinayətkarlığın azaldılması və sağlam cəmiyyət deməkdir.

Deputat qanunvericilikdə görülən işlər barədə də ətraflı məlumat verib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.


5 Apr 2020
Siyasət

Baş nazir Tədbirlər Planını təsdiqlədi

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edib.

4 Apr 2020
Siyasət

İlham Əliyevdən İsmət Səttarovla bağlı SƏRƏNCAM

Azərbaycan Respublikası Prezident İlham Əliyev İsmət Rəcəb oğlu Səttarovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb. 

4 Apr 2020
Siyasət

Prezident Əhməd İsmayılova vəzifə verdi - SƏRƏNCAM

Azərbaycan Respublikası Prezident İlham Əliyev Əhməd Məhəmməd oğlu İsmayılovun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

4 Apr 2020
Siyasət

İlham Əliyev Vüqar Səfərlini vəzifəsindən azad etdi

İlham Əliyev Vüqar Səfərlini vəzifəsindən azad etdi

4 Apr 2020
Siyasət

Milli Məclis yanında komissiyanın sədri bəlli oldu

Milli Məclis yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.