Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən dekabrın 27-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 916 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 459 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 022 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-dən artıq) artıq kompensasiya ödənilib.
Fonddan Trend-ə verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 126 miyon 167 min manatdan çox kompensasiya ödənilib.
“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 269 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92%-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 243 min manatdan çox kompensasiya ödənilib.
Həmçinin “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97%-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 123 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 247 min manatdan çox kompensasiya ödənilib.
Bundan başqa, QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 433 milyon 840 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98%-i əmanətçilərə ödənilib.
Ümumilikdə ADIF tərəfindən 10 bank üzrə 721 milyon 497 min manatdan artıq kompensasiya ödənilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.