BŞH ilə ASAN Radio əməkdaşlığa dair memorandum imzaladı

BŞH ilə ASAN Radio əməkdaşlığa dair memorandum imzaladı
10 2017 15:22

Formula 1-in Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə ASAN Radio arasında informasiya və digər əlaqəli sahələrlə bağlı əməkdaşlığa dair memorandum imzalanıb.

Trend-in məlumatına görə, memorandumu BŞH-nın marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə ASAN Radionun direktoru Emin Musəvi imzalayıblar. Tərəflər ölkə ictimaiyyətinin Azərbaycanda keçirilən Formula 1 yarışı haqqında məlumatlandırılması istiqamətində tərəfdaşlıq qurmaqdan böyük məmnunluqlarını bildiriblər.

N.Arpadarai ASAN Radio ilə qurulan əməkdaşlığın yeni imkanlar yaratdığını deyib: “Bu gün biz “ASAN xidmət”lə olan əməkdaşlığımızı daha da genişləndiririk. Bu xidmətin tərkibində fəaliyyət göstərən ASAN Radio ilə qurduğumuz yeni əməkdaşlıq bizə 2017-ci ilin yayında Bakıda baş tutacaq ikinci Formula 1 yarışı haqqında ölkə ictimaiyyətini daha ətraflı şəkildə məlumatlandırmağa imkan yaradacaq”.

E.Musəvi qeyd edib ki, ASAN Radio BŞH ilə əməkdaşlıq başlamaqdan qürur hissi keçirir: “Bu memorandumla ASAN Radio mötəbər yarışın eksklüziv radio tərəfdaşı statusunu qazanır. Xüsusi vurğulamaq istərdim ki, dünya miqyaslı bu cür tədbirlərdə informasiya tərəfdaşı olmaqla, ASAN Radio Azərbaycanın dünyaya tanıdılmasında da müstəsna rol oynayacaq”.

Memoranduma əsasən, ASAN Radio dinləyici auditoriyasını əməliyyat şirkətinin fəaliyyəti haqqında mütəmadi şəkildə məlumatlandıracaq və bununla əlaqədar çarxlar hazırlayaraq radioda yayımlayacaq. ASAN Radio BŞH-nın keçirəcəyi tədbirlərdə informasiya tərəfdaşı kimi çıxış edəcək və 2017 Formula 1 Azərbaycan Qran Prisi zamanı əməliyyat şirkətinin fəaliyyətinə dair informasiya dəstəyi göstərəcək.


17 Mar 2023
İdman

Azərbaycanın bir qadın güləşçisi Avropa üçüncüsü olub, digəri beşinci yeri tutub - YENİLƏNİB

Azərbaycanın daha bir qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

16 Mar 2023
İdman

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

16 Mar 2023
İdman

Biz birinci yerə köklənmişdik - Akrobatika gimnastikası üzrə Dünya Kubokunun qalibləri

Biz Portuqaliyanın Maya şəhərində keçirilən Akrobatika gimnastikası üzrə Dünya Kubokunda birinci yerə köklənmişdik və bizdə hər şey alındı.

15 Mar 2023
İdman

Azərbaycanın boksçularının dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycanın qadın boksçularının Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək dünya çempionatındakı ilk rəqibləri bəlli olub.

15 Mar 2023
İdman

Azərbaycan gimnastları Dünya Kuboku üçün Yunanıstana yollanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisi Yunanıstanın Paleo Faliro şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək.