BP bu gün Qəri Counzun (Gary Jones) BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunduğunu elan edir.
Oxu.Az-a “BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, Qəri öz yeni vəzifəsinin icrasına bu il aprel ayının 2-dən başlayacaq və BP-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.
Qəri hazırda BP-nin qazma, tamamlama və quyular üzrə qlobal rəhbəridir.
Qəri Counz bu vəzifədə BP-nin regiondakı biznesinə 2012-ci ilin noyabr ayından uğurla rəhbərlik edən Qordon Birrelli əvəz edəcək. Qordonun yeni vəzifəsi isə Londonda BP-nin baş ofisində Baş əməliyyat rəhbəri olacaq və o, BP-nin hasilat, transformasiya və karbon üzrə işlərinə başçılıq edəcək.
Qeyd edək ki, Qəri Counz 30 ildən artıq iş təcrübəsi olan özünü təsdiq etmiş bir biznes rəhbəridir. Qəri hazırda BP-nin qazma, tamamlama və quyularüzrə qlobal rəhbəridir.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.