BMT-nin Baş Assambleyası Haitidə vəba ilə mübarizə üzrə yeni strategiyanı dəstəkləyib

BMT-nin Baş Assambleyası Haitidə vəba ilə mübarizə üzrə yeni strategiyanı dəstəkləyib
17 Dek 2016 15:25

BMT-nin Baş Assambleyası Pan Gi Munun Haitidə vəba ilə mübarizə üzrə təklif etdiyi yeni strategiyasını dəstəkləyib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, strategiyaya vəba hallarının azalması və müalicəsi üzrə səylərin birləşdiriliməsini, 2010-cu ildə vəba epidemiyasının yayılması nəticəsində xəstələnmiş insanlara maddi yardım göstərilməsini nəzərdə tutur.

Vəba epidemiyası Haitidə 2010-cu ilin oktyabrında baş verib və bütün ölkəni əhatə edib. O vaxtdan təxminən 800 min nəfər vəbaya yoluxub. Ən azı 9 min xəstəlik halı ölümlə nəticələnib. Beynəlxalq birliyin səyləri sayəsində xəstəlik hallarının sayı 2011-ci ilin göstəriciləri ilə müqayisədə 90 faiz azalıb, lakin virus hələ də yayılmaqda davam edir və onun qarşısını almaq üçün əlavə resurslar səfərbər etmək lazımdır.

Yaxın iki ildə yeni strategiyanın reallaşdırılması üçün təxminən 400 milyon ABŞ dolları tələb olunur.


15 İyul 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

15 İyul 2025
Cəmiyyət

Ağdamın daha iki kəndində TİKİNTİ BAŞLAYIR

"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".

15 İyul 2025
Cəmiyyət

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.

15 İyul 2025
Cəmiyyət

Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.