BMT-də Daimi Nümayəndə: Minilliyin İnkişaf Məqsədləri üzrə Azərbaycan mühüm nailiyyətlər qazanıb

BMT-də Daimi Nümayəndə: Minilliyin İnkişaf Məqsədləri üzrə Azərbaycan mühüm nailiyyətlər qazanıb
08 Dek 2016 13:54

BMT-də - Millətlər Sarayında Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və “İnsan Hüquqlarının Təkmilləşdirilməsi və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzi” qeyri-hökumət təşkilatı tərəfindən “İnsan Hüquqları Günü” və “İnkişaf Hüququ üzrə Bəyannamənin otuzilliyi” münasibətilə “İnkişaf hüququ 30 il sonra: nailiyyətlər, problemlər və irəliyə doğru yol” mövzusunda panel müzakirələr keçirilib.

XİN-dən Trend-ə verilən məlumata görə, Cenevrə Mərkəzinin icraçı direktoru İ.Cezairinin sədrlik etdiyi tədbirdə İnkişaf hüququ üzrə BMT-nin İşçi Qrupunun sədr-məruzəçisi Zamir Əkrəm, Cənub Mərkəzinin maliyyə və inkişaf məsələləri üzrə baş müşaviri Manuel Montes, Antverpen Universitetinin beynəlxalq hüquq şöbəsinin rəhbəri, professor Koen de Feyter və BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin üzvü, professor Nicolaas Schrijver çıxış ediblər. Tədbiri daimi nümayəndə Vaqif Sadıqov və Cenevrə Mərkəzinin idarə şurasının sədri Hanif Hassan Ali Al Qassim açıb.

V.Sadıqov nitqində Minilliyin İnkişaf Məqsədləri üzrə Azərbaycanın mühüm nailiyyətlər qazandığını və hazırda, milli davamlı inkişaf strategiyasının Davamlı İnkişaf Məqsədləri üzrə 2030 Gündəliyinə uyğunlaşdırıldığını qeyd edib. Bu xüsusda, yeni yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədinin 2030-cu ilədək qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən ibarət olduğunu bildirib. Daimi nümayəndə, həmçinin inkişaf etməkdə olan ölkələrin üzləşdiyi humanitar və sosial-iqtisadi problemlərin qarşısının alınması istiqamətində beynəlxalq ictimaiyyət tərəfindən görülən tədbirlərdə Azərbaycanın fəal rol oynadığını ifadə edib və bu xüsusda, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyəti barədə məlumat verib.

Tədbirdə çıxış edən nümayəndələr İnkişaf hüququ üzrə Bəyannamənin yerinə yetirilməsi istiqamətində əldə edilmiş nailiyyətlər, mövcud problemlər və həll vasitələri, eləcə də inkişaf hüququnun həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığın daha yaxşı təşviq edilməsi yolları barədə fikirlərini bölüşüblər. Tədbir çıxışlar və iştirakçılar arasında aparılan açıq müzakirələrlə davam edib. Tədbirdə çoxsaylı dövlətlərin, beynəlxalq hökumətlərarası və qeyri-hökumətlərarası təşkilatların, eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.