Müasir dövrdə müəyyən bakteriya, virus və parazitlər mikrob əleyhinə preparatlara, o cümlədən antibiotiklərə, öz səmərəliliyini itirmiş vərəm və malyariya əleyhinə vasitələrə davamlıdır. AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının başçısı (DST) Marqaret Çen və BMT baş katibinin birinci müavini Əminə Məhəmməd məlumat veriblər. Onlar bildiriblər ki, Antoniu Quterriş tərəfindən bu problemin həlli üzrə əlaqələndirmə qrupunun həmsədrləri təyin ediliblər.
Əminə Məhəmməd vurğulayıb ki, mikrop əleyhinə preparatlara davamlılıq səhiyyə sisteminə və özü də təkcə səhiyyəyə deyil, ciddi təhlükədir. Onun sözlərinə görə, bu, kənd təsərrüfatına və bir çox digər sahələrə aid olan sektorlararası problemdir.
Antibiotiklərin kəşfindən 100 ildən çox vaxt keçib. Bu dərmanlar ölümcül bakterial infeksiyaların müalicə olunması yolu ilə xeyli insan həyatını xilas etməyə imkan verib. Amma hazırda antibiotiklərə həddindən çox aludə olmaq nəticəsində onlara qarşı davamlılıq artır. Bu isə o deməkdir ki, bakteriyalar o dərəcədə dəyişir ki, antibiotiklər və digər preparatlar artıq onlara heç bir təsir göstərə bilmir.
Son 50 ildə bazara yalnız iki yeni antibakterial preparat çıxarılıb. Əczaçılıq şirkətləri bahalı elmi təhqiqatlara investisiya yatırmaq istəmirlər, çünki belə tədqiqatlar çoxlu gəlir vəd etmir.
Marqaret Çen bildirib ki, bu yaxınlarda DST ilk dəfə antibiotiklərin təsirinə davamlı “prioritet patogenlərin” – insan sağlamlığı üçün çox təhlükəli olan 12 növ bakteriyanın siyahısını açıqlayıb.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.