BDU-nun kafedra müdiri “Yuli Sezar” kitabını Azərbaycan dilinə tərcümə edib

BDU-nun kafedra müdiri “Yuli Sezar” kitabını Azərbaycan dilinə tərcümə edib
28 2017 10:08

Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev ABŞ-ın tədqiqatçı alimi Alan Akselrodun “Liderlik dərsləri” silsiləsindən “Yuli Sezar” kitabını Azərbaycan dilinə tərcümə edib.

Universitetdən Trend-ə verilən məlumata görə, “Qanun” nəşriyyatı tərəfindən çap olunan kitabda müəllif Sezarı tarixdə istedadlı sərkərdə və mütəfəkkir, savadlı diktator və gözəl natiq, imperiyanın memarı və siyasi xadim, mütləq imperator hakimiyyətinə öz səyləri ilə nail olmuş dövlət adamı kimi səciyyələndirir.

Alan Akselrod maraqlı təhkiyə formasında nümayiş etdirir ki, qədim dövrün siyasətçilərinin əməlləri müasir iri korporasiyalar və biznes sahibləri, habelə top menecerlər üçün nümunə olar bilər. 92 fəsil – dərsdən ibarət olan kitabda Sezarın karyerası boyunca rast gəldiyi çətinliklərdən çıxmaq üçün bu böyük sərkərdənin hansı strateji və taktiki üsullardan istifadə etməsi müasir liderlər üçün sərfəli ola bilər.

Alan Akselrod - bir çoxu bestseller olan tarix, menecment və biznesin idarə olunmasına dair 80 kitabın müəllifi, fəlsəfə doktoru, CNN, CNBC, Fox, MSNBC telekanallarının və radionun, o cümlədən NPR-in daimi qonağı olur. Akselrod və onun kitabları “ Fortune”, “Men’s Health” və “USA Today” kimi nəşrlərdə xatırlanır.

Professor H.Vəliyev həmin silsilədən olan “Qandi” kitabı üzərində də işləyir.


15 İyul 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

15 İyul 2025
Cəmiyyət

Ağdamın daha iki kəndində TİKİNTİ BAŞLAYIR

"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".

15 İyul 2025
Cəmiyyət

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.

15 İyul 2025
Cəmiyyət

Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.