Aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərə sahib olması sahəsində mühüm tədbirlər görülüb

Aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərə sahib olması sahəsində mühüm tədbirlər görülüb
11 2017 17:40

Aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərə sahib olması sahəsində mühüm tədbirlər görülüb.

Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə ölkə başçısının 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanına əsasən yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının bir illiyi münasibətilə agentliyin hesabat iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Sonra Şəhidlər xiyabanına gedən agentliyin kollektivi tərəfindən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında qurumun bir illik fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə respublikada iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə həyata keçirilən köklü islahatlar nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atıldığını və tikinti, quruculuq sahəsində də işlərin uğurla davam etdirildiyini vurğulayıb.

Agentliyin direktoru diqqətə çatdırıb ki, ötən bir il ərzində əhalinin sosial məsələlərinin həllinə, aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərə sahib olmasına ayrılan xüsusi diqqət və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi sayəsində ölkə vətəndaşları üçün çoxmənzilli yaşayış binalarının tikintisinin təmin edilməsi istiqamətində mühüm tədbirlər görülüb.

Qeyd olunub ki, agentlik fəaliyyətə başladığı ilk gündən bu vəzifələrin icrasını uğurla həyata keçirmək məqsədilə yüksək ixtisaslı mütəxəssislərdən ibarət işçi heyət formalaşdırılaraq çoxmənzilli binaların tikintisi sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə başlanılıb.

Daha sonra agentliyin mütəxəssisləri tərəfindən mənzillərin tikintisi üçün paytaxt Bakıda və ölkənin digər şəhər və rayon mərkəzlərində münasib torpaq sahələrinə baxışlar keçirilib və ərazinin inkişaf perspektivləri, iş yeri mərkəzlərinə yaxınlığı, kommunikasiya şəbəkəsinin mövcudluğu və digər meyarlara əsasən qiymətləndirmələr aparılıb.

Bu araşdırmaların nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2016-cı il tarixli Sərəncamı ilə Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında yerləşən 11,6 hektar ərazi çoxmənzilli binaların tikintisi üçün “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılıb.

Bildirilib ki, növbəti mərhələdə ərazidə tikintiyə başlanılması üçün kompleks tədbirlər görülüb və ötən ilin dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Yasamal Yaşayış Kompleksinin ilk 9 mərtəbəli yaşayış binasının və ərazidə yerləşəcək 960 yerlik ümumtəhsil məktəbinin təməli qoyulub.

Hazırda Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir və ikibloklu 9 mərtəbəli yaşayış binasının artıq 3-cü mərtəbəsi, ümumtəhsil məktəbinin isə 2-ci mərtəbəsi tikilməkdədir. Bununla yanaşı, hazırda kompleksin daha 15 yaşayış binasının tikintisinə başlanılıb.

S.Nuriyev deyib ki, ötən dövr ərzində agentliyin fəaliyyəti ilə bağlı imzalanan önəmli sənədlərdən biri də ölkə başçısının “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın təsdiq olunması haqqında 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanıdır.

Bu qaydaya əsasən mənzilləri güzəştlə əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları və mənzillərin əldə edilməsi ilə bağlı ödəniş şərtləri müəyyən edilib, “Güzəştli mənzil” elektron sisteminin yaradılması və bu il mayın 1-dən etibarən istifadəyə verilməsi ilə bağlı tapşırıq verilib.

Hazırda “Güzəştli mənzil” elektron sisteminin əsasnaməsinin hazırlanması istiqamətində işlər davam etdirilir.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.