Azərbaycanlı tədqiqatçılar Yaponiyada seminarda iştirak ediblər

Azərbaycanlı tədqiqatçılar Yaponiyada seminarda iştirak ediblər
15 Dek 2016 10:39

Dekabrın 5-dən 13-dək Yaponiyanın Çukuba Universitetində təşkil edilən “Cənubi Qafqaz ölkələri + Moldova” yapon dilinin və mədəniyyətinin tədqiqi üzrə beynəlxalq seminarda azərbaycanlı alim və tələbələr də iştirak ediblər.

Seminarda Azərbaycan tərəfdən ADU-nun Yapon Mərkəzinin rəhbəri, yapon dili müəllimi Yaşar İbrahimov və “ADA” Universitetinin xarici əlaqələr şöbəsinin müdiri Rəhman Şahhüseynli iştirak ediblər. Y.İbrahimov Azərbaycanda yapon dilinin tədrisi, R. Şahhüseynli isə Cənubi Qafqaz ölkələri üçün Yaponiya sülh təcrübəsinin uyğunluğunun araşdırılması mövzusunda tədqiqatı ilə bağlı məlumat veriblər.

Tədbir çərçivəsində Saytama prefekturasına səfər edən seminar iştirakçıları burada Urava Yapon Dili Beynəlxalq Mərkəzinin iş prinsipi və kitabxanası ilə tanış olublar.

Dekabrın 9-da keçirilən Tələbə Forumunda ölkəmizi ADU-dan Eldəniz Kərimov, “ADA” Universitetindən isə Zərifə Behbudzadə təmsil ediblər. Azərbaycanlı tələbələr ölkəmizin mədəniyyəti ilə bağlı məlumat verib, digər ölkələrdən gələn tələbələrlə müzakirələrə qatılıblar. Azərbaycanlı tələbə E.Kərimov yapon şeir janrı olan “hayku” müsabiqəsinin qalibi mükafatına layiq görülüb.

Səfər çərçivəsində iştirakçılar digər yapon mədəniyyət nümunələri ilə tanış olub, yapon dili dərslərinə və “Kirin” pivə zavoduna ekskursiyaya qatılıb, Uşiku Daybutsu məbədini ziyarət ediblər.

Seminarla bağlı təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən Y.İbrahimov bildirib ki, tədbir iştirakçı ölkələr arasında dostluq münasibətlərinin genişlənməsi, yapon dilinin inkişafı, elmi fikirlərin və tədqiqat əsərlərinin mübadiləsi, mədəniyyətlər arasında mövcud fərqlərin qarşılıqlı müzakirəsi baxımından çox əhəmiyyətli olub.

Qeyd edək ki, cari ilin martında Çukuba Universiteti ilə həm Azərbaycan Dillər Universiteti (ADU), həm də “ADA” Universiteti arasında tələbə mübadiləsi ilə bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən 2016-cı ildən etibarən həmin ali məktəblərin tələbələri Çukuba Universitetində yapon və ingilis dillərində təhsil təcrübəsi keçmək hüququ qazanıblar.


24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.