Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - CİDDİ QADAĞA

Azərbaycanlı sürücülər Rusiyaya gedə bilməyəcək - CİDDİ QADAĞA
24 2017 16:06

İyulun 1-dən xarici ölkə sürücülük vəsiqələri ilə Rusiyada işə düzəlmək olmayacaq. İstiPress "İzvestia.ru"ya istinadən xəbər verir ki, bu qanun pozuntusu baş verəcəyi halda sürücüləri 50 min rubl - 1500 manata yaxın cərimə gözləyir.
"Yol hərəkətinin təhlükəsizliyi haqqında" qanuna dəyişiklik hələ 2013-cü ildə qəbul olunsa da, nəqliyyat şirkətləri hazır olmadığı üçün icrası yubanırdı. İndi Rusiya Federasiyasının sürücülük vəsiqəsini almaq üçün müraciət edilsə belə, iyula qədər xeyli az vaxt qalır. Bunun üçün mütləq sürücülük məktəbinə qəbul olub, oxumaq və imtahan vermək tələb olunur.
"Taksist" Həmkarlar Təşkilatının rəhbəri Yaroslav Şerbinin hesab edir ki, təkcə Moskvada sürücülərin 20 faizi problemlə qarşılaşacaq. Çünki onların əksəriyyətinin vəsiqəsi Özbəkistan və Tacikistanda verilib.
Moskva Sürücülük Məktəbləri İttifaqının sədri Aleksandr Açkasov bildirib ki, xarici vətəndaşlar indidən özlərinə "vasitəçi" axtarmağa başlayıblar. Məqsəd həmin imtahanları "keçməkdir". Çünki onlar heç vaxt sürücülük məktəbi oxumayıblar.

24 İyul 2024
Cəmiyyət

Sabahın hava proqnozu AÇIQLANIB - 25.07.2024

Ölkə ərazisində iyulun 25-də gözlənilən hava şəraiti açıqlanıb.

20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.