Azərbaycanlı milyarder bir aya sərvətini 48,6 mln. dollar artırıb

Azərbaycanlı milyarder bir aya sərvətini 48,6 mln. dollar artırıb
02 2017 10:53

2017-ci ilin yanvar ayında Rusiyanın 18 milyarderinin birgə sərvəti 7,9 mlrd. dollar artıb.

“APA-Economics” xəbər verir ki, bu barədə “Blooomberg” agentliyi məlumat yayıb. Agentliyin ekspertlərinin hesablamalarına əsasən, yanvar ayı ərzində kapitalını daha çox artıran “UC Rusal” şirkətinin sahibi Oleq Derpipaska olub. O, ötən ay ərzində kapitalını 1,7 mlrd. dollar artıra bilib. Başqa sözlə, bir ay əvvəl 6,1 mlrd. dollarlıq sərvəti olan O.Deripaskanın sahib olduğu aktivlərin dəyəri indi 7,8 mlrd. dollar təşkil edir.

Maqnitorsk metallurgiya kombinatının əsas sahibi Viktor Raşnikov bir ay ərzində 1,1 mlrd. dollar məbləğində varlanıb.

Siyahıda üçüncü yerdə Novolipetsk Metallurgiya Kombinatının (NLMK) səhmlərinin 84%-nin sahibi olan NLMK-nın direktorlar şurasının rəhbəri Vladimir Lisin qərarlaşıb. O, bir ay ərzində sərvətini 941,5 mln. dollar artıra bilib.

“Evroxim” (EuroChem Group AG) şirkətinin əsas sahibi Andrey Melniçenko sərvətini 898,5 mln. dollar, “USM Holdings”in təsisçisi Əlişer Usmanov 875 mln. dollar, “Renovo” şirkətlər qrupunun rəhbəri Viktor Vekselberq 697,7 mln. dollar, “ONEKSİM” şirkətlər qrupunun sahibi Mixail Proxorov isə 633,7 mln. dollar artırmağa nail olub.

Bundan başqa, Rusiyanın 9 milyarderi də öz kapitallarında artıra bilib. Belə ki, Aleksey Mordaşov sərvətini 437,56 mln. dollar, Mixail Fridman 317,1 mln. dollar, Roman Abramoviç 254,3 mln. dollar, German Xan 218,4 mln. dollar, Qennadiy Timçenko 183,6 mln. dollar, Aleksey Kuzmiçev 162,8 mln. dollar, Dmitriy Rıbolovlev 97,1 mln. dollar, Vahid Ələkbərov 48,6 mln. dollar və Leonid Mixelson 9,1 mln. dollar  artırmağa müvəffəq olub.

 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.