Azərbaycanla Türkiyə ticarət dövriyyəsində milli valyutalara keçə bilər

Azərbaycanla Türkiyə ticarət dövriyyəsində milli valyutalara keçə bilər
08 Dek 2016 14:43

Türkiyə bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək üçün danışıqlara başlayıb. 

realpress.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, həmin ölkələr arasında Azərbaycan da var.

Bildirilir ki, Türkiyənin İqtisadiyyat Nazirliyi Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə ticarət dövriyyəsinin dollar və avro ilə deyil, milli valyutalarla aparılması üçün artıq təmaslara başlayıb.

Qeyd edək ki, bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya, İran və Çinə ticarət dövriyyəsinin milli valyutalarla aparılması üçün bu ölkələrin liderlərinə müraciət edib.

Onun sözlərinə görə, həmkarları bu təklifi dəstəkləyiblər. Türkiyə prezidenti hesab edir ki, atılacaq bu addım dolların sürətlə bahalaşmasının qarşısını alacaq, eyni zamanda milli valyutanın dəyər qazanmasına səbəb olacaq.

Bildirilir ki, bəzi ölkələr artıq gələn ilin birinci yarısından Ərdoğanın təklifinə dəstək verərək Türkiyə ilə ticarət dövriyyəsində yerli valyutadan istifadə edəcək.

Qeyd edək ki, cari ilin 10 ayının yekunlarına əsasən, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi 1 mlrd. 826 mln. 861,84 min dollar təşkil edib. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 12,91%-i Türkiyənin payına düşür. 10 ay ərzində Türkiyəyə 1,3 mlrd. dollarlıq mal ixrac edən Azərbaycan hesabat dövründə qardaş ölkədən 954 mln. dollarlıq mal idxal edib.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.