Azərbaycan hökuməti Azərbaycan və Qətər arasında qarşılıqlı ticarətin səviyyəsini artırmaq niyyətindədir.
Fins.az xəbər verir ki, bunu Prezidenti İlham Əliyev Əl-Cəzirə televiziyasına müsahibəsində deyib.
“Biz sizin digər ölkələrdən aldığınız məhsulları Qətərə daha çox ixrac etmək və həmçinin daha çox idxal etmək istəyirik. Eyni zamanda, biz birgə investisiya layihələri ilə bağlı əməkdaşlığa dair danışıqlar aparırıq. Bəlkə də investisiya üçün birgə bir qurum yaratmaq da olar. Çünki bəzən elə olur ki, Qətər ilə Azərbaycan bəzi ölkələrdə həmsərmayəçi olurlar, lakin bu, əlaqələndirilmiş siyasət vasitəsilə edilmir, necə deyərlər, fərdi addımlar vasitəsilə həyata keçirilir. Lakin biz bunu əlaqələndirə və öz investisiyalarımızla yeni bazarlara birgə daxil ola bilərik”.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.