Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə general-leytenant Mədət Quliyev Azərbaycanın hərtərəfli tərəqqisi yolunda tarixi xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət quruculuğu və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, sosial-iqtisadi inkişaf və bu yöndə başlıca şərt olan sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə ətraflı məlumat verib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ölkələrimizin tərəqqisi naminə Rusiyanın və Azərbaycanın dövlət başçılarının rəhbərliyi ilə həyata keçirilən uğurlu sabitlik, təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə təhlükəsizlik fəaliyyəti üzrə qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir.
Müvafiq icazə almadan və nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə keçmək istəyən daha dörd nəfər saxlanılıb.
İşğaldan azad edilmiş Zəngilandan yeni görüntülər paylaşılıb.
Hər bir qəhrəman əsgərin arxasında, cəsarətli, mərd, şücaətli Azərbaycan qadını dayanır. Yeri gələndə ailəsinin yanında, Vətən tələb edəndə səngərdədir Azərbaycan qadını! Vətən yolunda oğul böyüdüb, düşmənə meydan oxuyan, cəfakeş, zərif, cəsarətli anadır Azərbaycan qadını! Vətən savaşında da ana və bacılarımızın qəhrəmanlıq nümunələrinin bir daha şahidi olduq.