Azərbaycanın və İtaliyanın elmi mərkəzləri arasında əlaqələr uğurla inkişaf edir

Azərbaycanın və İtaliyanın elmi mərkəzləri arasında əlaqələr uğurla inkişaf edir
27 2017 08:56

Yanvarın 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İtaliya Milli Sağlamlıq İnstitutunun nümayəndələrinin iştirakı ilə “Ətraf mühit və sağlamlıq: İtaliya və Azərbaycan təcrübəsi” mövzusunda seminar təşkil olunub.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iştirakçılar əvvəlcə AMEA-nın elmi nailiyyətlər sərgisini ziyarət ediblər.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev seminarın ictimaiyyətin diqqətini sağlam və təhlükəsiz ətraf mühitə cəlb etmək və İtaliya Milli İctimai Sağlamlıq İnstitutu ilə AMEA-nın müvafiq elmi müəssisələri arasında ekoloji təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.

İtaliyanın ölkəmizdəki səfiri Can Paolo Kutillo hər iki ölkənin elmi mərkəzləri arasındakı əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən ekologiya və insan sağlamlığı sahəsində inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Seminarda dünyanın aparıcı elmi təşkilatları ilə beynəlxalq əməkdaşlıq perspektivlərindən söz açılıb, qarşılıqlı münasibətlərin inkişafı və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarından bəhs olunub.

Tədbirdə İtaliya Milli Sağlamlıq İnstitutundan professor Pietro Kombanın “Çirklənmiş sahələrdə epidemioloji nəzarət: İtaliya təcrübəsi”, Daniela Marsilinin “Ətraf mühit və sağlamlıq üzrə beynəlxalq elmi əməkdaşlıq: məqsədlər, prosedurlar və tematik araşdırmalar”, Laura Açenenin “Daxili su obyektlərinin gigiyenasının özəllikləri və tədqiqat fəaliyyəti. İtaliyada su təhlükəsizliyi planının həyata keçirilməsi”, Luici Turrio Baldassarrinin “Çirklənmənin monitorinqindən insana təsirinin qiymətləndirilməsi və qarşısının alınması siyasətinədək: İtaliya təcrübəsi” mövzularında məruzələri dinlənilib


12 Fev 2025
Cəmiyyət

Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti hissəsi yola salınıb

Azərbaycandan Ukrayna üçün nəzərdə tutulan humanitar yardımın növbəti hissəsi yola salınıb.

12 Fev 2025
Cəmiyyət

Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

12 Fev 2025
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

12 Fev 2025
Cəmiyyət

Qızılın qiyməti yeni rekord vurdu

Nyu-York Ticarət Birjasının "Comex" bölməsində aprel fyuçersləri üzrə qızılın qiyməti tarixi maksimumunu yeniləyərək 1 troy unsiyası üçün 2 950 dollar həddini keçib.

12 Fev 2025
Cəmiyyət

İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun fevralın 14-də Xaçmaz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.