Azərbaycanın ixrac missiyası Əfqanıstandadır

Azərbaycanın ixrac missiyası Əfqanıstandadır
07 2017 12:18

Azərbaycanın ixrac missiyası Əfqanıstanın Kabul şəhərindədir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Missiyaya ölkəmizdə meyvə şirələri, ət və ət məhsulları, təbii mineral sular, un və un məmulatları, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 9 şirkətin nümayəndəsi daxildir.

Səfərin ilk günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Əfqanıstan Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan və əfqan şirkətləri arasında görüş keçirilib. Tədbirdə AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev iştirakçılara Azərbaycan iqtisadiyyatı, qeyri-neft sektorunun inkişafı, ixracın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, rəqabətqabiliyyətli Azərbaycan məhsulları barədə məlumat verib. Görüş çərçivəsində AZPROMO ilə Əfqanıstan Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sonra Azərbaycan və Əfqanıstan şirkətləri arasında ikitərəfli görüşlər keçirilib. 60-dan çox əfqan şirkətinin iştirak etdiyi ikitərəfli görüşlərdə Azərbaycan və Əfqanıstan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, Əfqanıstana ixrac imkanlarına dair müzakirələr aparılıb, şirkətlərimiz istehsal etdikləri keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar barədə məlumat veriblər.

Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasının Əfqanıstana səfəri fevralın 8-dək davam edəcək. 9-11 fevral tarixlərində isə Azərbaycanın ixrac missiyası Pakistana səfər edəcək


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.