Azərbaycanın SİNAM və CYBERNET şirkətləri Tacikistan Respublikasının Vergi Komitəsinin elan etdiyi İnteqrasiya edilmiş Vergi İdarəetmə İnformasiya Sisteminin yaradılması və tətbiqi tenderində iştirak edir. Layihənin məqsədi Tacikistanda vergi sisteminin tam informasiyalaşdırılması və vergi sənədləşməsinin elektron formata keçrilməsidir.
İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, SİNAM şirkəti bu tenderdə Avstriyanın “bit media solutions GmbH” şirkəti ilə konsorsiumda iştirak edir.
Uzun illər Azərbaycanda fəaliyyət göstərən yerli informasiya texnologiyaları şirkətləri böyük təcrübə toplayaraq xarici bazarlara çıxmaqda israrlıdır. Əsas hədəf regionlar Asiya, Afrika və Cənubi Amerika müəyyən olunub.
Qeyd edək ki, ölkəmizin şirkətlərinin xarici ölkələrdə layihələrdə iştirakı Azərbaycanın ixrac potensialının artırılması və qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlardan biridir. Yüksək texnologiyalar sektorunu təqdim edən Azərbaycan şirkətləri artıq bir müddətdir ki, xarici ölkələrdə müxtəlif tenderlərdə iştirak edir, bu sahədə mürəkkəb layihələri reallaşdırır.
SİNAM şirkəti Qırğızıstanda elektron hökumət seqmentində bir neçə layihə həyata keçirib. Bundan əvvəl isə SİNAM, CYBERNET və BESTCOMP şirkətləri konsorsium yaradaraq Tanzaniyada keçirilən tenderdə də birgə iştirak ediblər.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.