Ankarada səfərdə olan Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri dekabrın 15-də Türkiyə Xarici İşlər Nazirliyində görüşlər keçiriblər. Nazirliyin Orta Asiya və Cənubi Qafqaz departamentində keçirilən görüşdə Gökhan Turan qurumun fəaliyyəti, həmçinin Türkiyə və Azərbaycan dövlətlərinin müştərək maraq dairəsində olan məsələlər barədə danışıb.
Nümayəndə heyətinin rəhbəri, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin Azərbaycanda kütləvi informasiya vasitələrinin durumu və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Gökhan Turan Azərbaycan KİV təmsilçilərini maraqlandıran sualları cavablandırıb.
Bununla da Azərbaycan nümayəndə heyətinin Ankaraya səfəri başa çatıb.
Xatırladaq ki, KİV təmsilçilərinin səfər proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə həyata keçirilib.
Nümayəndə heyətinə Fondun icraçı direktoru Vüqar Səfərli, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, o cümlədən ölkəmizin aparıcı KİV rəhbərləri daxil idi.
Dekabrın 10-dan 16-dək davam edən səfər çərçivəsində Türkiyənin dövlət və media qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarında görüşlər keçirilib.
Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.
“Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilib.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında dəyişiklik edilib.