Azərbaycanın İspaniyadakı səfiri etimadnaməsini Fransa Prezidenti, eyni zamanda Andorranın həmşahzadəsi Fransua Ollanda təqdim edib

Azərbaycanın İspaniyadakı səfiri etimadnaməsini Fransa Prezidenti, eyni zamanda Andorranın həmşahzadəsi Fransua Ollanda təqdim edib
07 2017 10:40

Azərbaycan Respublikasının İspaniya Krallığındakı, eyni zamanda Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov etimadnaməsini Fransa Respublikasının prezidenti, eyni zamanda Andorra Knyazlığının həmşahzadəsi Fransua Ollanda təqdim etmək üçün Yelisey Sarayında təşkil olunmuş xüsusi mərasimdə iştirak edib. Mərasimdən sonra Anar Məhərrəmov etimadnaməsini Fransua Ollanda təqdim edib.

Sonra keçirilən qısa görüşdə səfir A.Məhərrəmov onun etimadnaməsini qəbul etdiyinə görə Fransua Ollanda təşəkkürünü bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını ona çatdırıb.

Fransanın Prezidenti, eyni zamanda Andorranın həmşahzadəsi Fransua Olland səfir A.Məhərrəmovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyevə salamlarına görə təşəkkürünü bildirən Fransua Olland onun da səmimi salamlarının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.

Görüşdə Andorra Knyazlığının xarici işlər naziri Gilbert Saboya Sunye də iştirak edib.


24 İyul 2024
Siyasət

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

24 İyul 2024
Siyasət

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşdü

Müdafiə Nazirliyinin (MN) rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

24 İyul 2024
Siyasət

Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

"Azərbaycanda 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

24 İyul 2024
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 24.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

24 İyul 2024
Siyasət

Anar Ələkbərov İtaliyanın yeni səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşüb.