Azərbaycanın ABŞ-dakı Səfirliyinin Konsulluq Xidmətinin Facebook sosial şəbəkəsində səhifəsi istifadəyə verilibdir.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin Konsulluq Xidmətinin Facebook sosial şəbəkəsində səhifəsi istifadəyə verilib.
Trend Səfirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sözügedən səhifənin istifadəyə verilməsində məqsəd konsulluq xidmətləri ilə bağlı yenilikləri təqdim etmək, Azərbaycan vətəndaşları və yerli ictimaiyyətin suallarını cavablandırmaq və onlarla təmas saxlamaqdır.
Sözügedən səhifə ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
https://www.facebook.com/Consular-Service-of-the-Embassy-of-the-Republic-of-Azerbaijan-to-the-USA-260426124378401/
Qeyd edək ki, Səfirliyin Konsulluq Xidməti həftənin bazar ertəsi, çərşənbə və cümə günləri səhər saat 10:00-dan 12:00-dək vətəndaşların qəbulunu həyata keçirir və həftənin 5 iş günü saat 14:00-dan 17:00-dək telefon vasitəsilə vətəndaşların suallarını cavablandırır.
Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.
Bu gün Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgiləri işə başlayıb.
Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.