Azərbaycandan kənara pul köçürmələri ilə bağlı məhdudiyyət qoyuldu

Azərbaycandan kənara pul köçürmələri ilə bağlı məhdudiyyət qoyuldu
07 Dek 2016 14:44

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nı təsdiq edib. 

 AMB-yə istinadən verilən xəbərə görə, ölkənin tədiyyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə Mərkəzi Bankın İdarə Heyəti 27 may 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar” və bu Qaydalara 28 iyun 2004-cü il tarixli dəyişikliklər, 3 noyabr 2004-cü il tarixli dəyişikliklər, 21 iyun 2007-ci il tarixli dəyişikliklər, 27 sentyabr 2008-ci il tarixli dəyişikliklər, 20 noyabr 2009-cu il tarixli dəyişikliklər, 15 aprel 2010-cu il tarixli dəyişikliklər ləğv edilməsi barədə qərar qəbul edib.

Yeni qaydalara əsasən, bank hesabı açılmadan Azərbaycan daxilində və ölkədən kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər. Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir.

Rezident və qeyri-rezident fiziki şəxsin xeyrinə bank hesabı açılmadan pul köçürməsi əməliyyatları üzrə daxil olan vəsait bank tərəfindən məhdudiyyət olmadan qəbul edilir və ödənilir. Köçürülmüş xarici vаlyutа vəsaitləri vəsaiti alana nağd şəkildə verilir və ya onun tapşırığı ilə bаnk hеsаbınа köçürülür.

Rеzidеnt və qeyri-rezident fiziki şəxs Azərbaycandan kənara bank hеsаbı аçmаdаn хаrici vаlyutа vəsаitlərini bir əməliyyаt günü ərzində 1 000 АBŞ dоllаrı, ay ərzində isə 10 000 dоllаr еkvivаlentinədək məbləğdə köçürə bilər.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.