Azərbaycanda yeni məşğulluq strategiyası hazırlanır

Azərbaycanda yeni məşğulluq strategiyası hazırlanır
06 Dek 2016 15:06

“Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiya davam edir. Dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, xam neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası və digər neqativ meyllər Azərbaycan iqtisadiyyatına öz təsirini göstərib. İxrac gəlirlərini azaldıb, manata təzyiqi artırıb, devalvasiya həyata keçirilib və üzən məzənnəyə keçid elan edilib. Problemli kreditlər və xarici valyutada öhdəliklər manat ifadəsində artıb”.


XəzərXəbər-in xəbərinə görə, bunu Milli Məclisinin iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, belə bir şəraitdə valyuta ehtiyatlarından və büdcə vəsaitlərindən səmərəli istifadənin, konservativ borclanmanın, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti artır: “Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiyası və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir. Bütün bu amillər, o cümlədən neftin qiymət dinamikası, Dövlət Neft Fondunun qorunması ilə məhdudlaşdırılmış makroiqtisadi-fiskal çərçivə, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatların sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb”.

Şahin Mustafayev əlavə edib ki, 2017-ci il üçün neftin qiyməti 40 dollar götürülüb: “Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2017-ci ildə Azərbaycanda ÜDM 1%, növbəti illərdə isə orta hesabla 2%-dən çox artacağı gözlənilir”.

Nazir bildirib ki, koordinasiyalı və sistemli islahatlar, bank sisteminin sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası üçün əsas şərtlərdir.

Ş.Mustafayev bildirib ki, ölkədə yeni məşğulluq strategiyası hazırlancaq. İşsizlikdən icbari sığorta sistemi yaradılacaq. 

“2017-2020 turizim sektorunun 7,4% artacağı proqnozlaşdırılır. İKT sektorunda isə gələn il 6,7% artım gözlənilir. Nəqliyyat sektorunun artımı təmin ediləcək. Nəqliyyat sektorunda 2,9% artım proqnozlaşdırlır. Növbəti ildfə investisiyalar 15,3 mlrd. manat olacaq ki, xarici invessitiyalar 9,2 mlrd. manat proqnozlaşdırılır. 5,6 mlrd. manat qeyr-neft sektoruna investisiya yatırılacağı gözlənilir. Bir sıra infrastruktur layihələri davam etdiriləcək. Respublikanın 19 rayonunda 116,7 min hektar ərazidə əlavə 26 aqroparkın yaradılması nəzərdə tutulur. Dövlət dəstəyi tədbirlərin davam etdirilməsi, müasir texnologiyaların genişləndirilməsi nəzərdə tutulur”.

Ş.Mustafayev qeyd edib ki, Pirallahı Sənaye Parkında dəyəri 74 mln. dollar olan zavodda 89 çeşiddə dərman istehsal olunacaq:

“Daha 2 əczaçılıq zavodunun da tikintisinə başlanacaq. Masallı sənaye məhəlləsinə maraq xeyli yüksəkdir. Artıq 33 layihə təqdim olunub. Bunlar ixrac potensialının genişləndirilməsinə imkan yaranacaq".


13 Apr 2024
Siyasət

Qazaxıstan Prezidenti: Ermənistan-Azərbaycan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır.

13 Apr 2024
Siyasət

Azərbaycanda səfərdə olan Delfin Pronk: “Regionda sabitliyin təmin edilməsinin vaxtı çatıb” - FOTO

Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb”.

13 Apr 2024
Siyasət

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır.

13 Apr 2024
Siyasət

Azərbaycan millisinin Gürcüstanla oyunlar üçün heyəti açıqlanıb

Aprelin 14-16-da Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşacaq Futzal üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.

13 Apr 2024
Siyasət

Azərbaycan XİN başçısının müavini Yunanıstanda COP29-la bağlı müzakirələr apardı

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev 10-12 apreldə Yunanıstanda işgüzar səfərdə olub.