Azərbaycanda üçüncü devalvasiya gözlənilir?

Azərbaycanda üçüncü devalvasiya gözlənilir?
05 Dek 2016 17:14

“Manatın məzənnəsini FED-in qərarlarına bağlamaq düzgün deyil. Düzdür, keçən il manatın 2-ci dəfə devalvasiyası məhz FED-in baza faiz dərəcəsini 0,25% artırması haqda qərarından dərhal sonraya təsadüf edib.

Lakin bu, o demək deyildi ki, 2-ci devalvasiya məhz bu səbəbdən baş verib. Əsla, yox. Buna qədər də artıq məlum idi ki, manat növbəti dəfə də ucuzlaşdırılacaq və o, “üzən məzənnə” rejiminə transfer olunacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov ABŞ-da Federal Ehtiyat Sistemi (FES) bu ayın ikinci ongünlüyü ərzində keçirəcəyi toplantısında kreditlər üzrə mərkəzi faiz, yəni uçot dərəcəsini gözlənildiyi kimi qaldırmaq haqda qərar qəbul edərsə, bu, Azərbaycanda 3-cü devalvasiyaya səbəb ola bilərmi sualına cavab olaraq deyib. 

Ekspert əlavə edib ki, FED bu ayda nəzərdə tutulan iclasında baza faiz dərəcəsini keçən ildəki kimi artırarsa, bu halda möhkəmlənməkdə olan dollar bir az daha bahalaşacaq:

“Çünki Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları tükənmişdi, neftin qiyməti ardıcıl olaraq düşməkdə davam edirdi, ölkədən valyuta ixracı idxalı üstələməyə başlamışdı, valyuta bazarında ABŞ dollarına və ümumiyyətlə, digər xarici valyutalara sürətlə artmaqda olan tələbi təklif ödəyə bilmirdi, qonşu ölkələrdə, xüsusən də tərəfdaş ölkələrdə isə milli valyutalar dəyərsizləşdirilirdi ki, bütün bunların müqabilində də manatın məzənnəsini artan təzyiqlər qarşısında əvvəlki tək qoruyub-saxlamaq qeyri-mümkün bir hala gəlib çatmışdı. 

Bundan əlavə, FED-in qərarları ABŞ valyutasının dünya üzrə mövqeyini müəyyən etmək üçün əhəmiyyət daşıyır. Belə baxanda isə dolların bu sarıdan hazırkı vəziyyəti onsuz da kifayət qədər möhkəm xarakter daşımaqdadır.

Sadəcə olaraq, FED bu ayda nəzərdə tutulan iclasında baza faiz dərəcəsini keçən ildəki kimi artırarsa, bu qərar onun bir az da möhkəmlənməsi ilə nəticələnəcək”, - deyə ekspert qeyd edib.

P.Heydərovu sözlərinə görə, manatın məzənnəsinə FED-in növbəti dövr üçün nəzərdə tutulmuş qərarlarından daha çox, neftin dünya bazarındakı qiymətləri təsir edəcək:

“Azərbaycana gəldikdə isə manat artıq 1 ildir ki, üzən məzənnə rejimi əsasında idarə olunur və ötən müddət ərzində kəskin, yəni 3-cü devalvasiyanın baş verməməsinə də səbəb məhz bu olmuşdur. 

Demək istədiyim budur ki, keçən ilin dekabrında əgər üzən məzənnəyə keçilməsə idi, indiyədək nəyinki 3-cü və ola bilsin ki, hətta 4-cü devalvasiya da baş vermişdi. 

Odur ki, söhbət əgər, növbəti kəskin ucuzlaşmanın baş verib-verməyəcəyindən gedərsə, qeyd edim ki, manat onsuz da ucuzlaşmaqdadır və 2-ci devalvasiyadan sonra o, ABŞ dolları qarşısında 11%-dən çox dəyər itirib və bu proses davamlı xarakter daşımaqdadır. 

Hesab edirəm ki, manatın məzənnəsi ilə bağlı yaxın perespektivdə vəziyyəti də FED-in nə kimi qərar qəbul edəcəyi deyil, məhz neftin dünya bazar qiymətləri müəyyən edəcək”.


26 Apr 2024
Cəmiyyət

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

26 Apr 2024
Cəmiyyət

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

26 Apr 2024
Cəmiyyət

Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

26 Apr 2024
Cəmiyyət

Keçmiş məcburi köçkün: “Füzuli bizim anamızdır, yuxularımızdır, arzularımızdır”

“Gedib Füzulinin təmiz havasını ciyərimizə çəkmək bizim üçün cənnəti bu dünyada görməkdir".