Azərbaycanda sığortalıların reyestri yaradılacaq

Azərbaycanda sığortalıların reyestri yaradılacaq
05 Dek 2016 16:22

Azərbaycanda sığorta şirkətlərinin xidmətindən istifadə edən ölkə vətəndaşlarının məlumat bazasının yaradılması planlaşdırılır. Bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta bazarı ilə bağlı tədbirlər planının tərkib hissəsi kimi reallaşdırılacaq.

Sığortalıların reyestrinin yaradılmasında məqsəd sığorta hadisəsi nisbətən az və yaxud çox baş vermiş müştərilər arasında fərq qoyulması, onların ödədiyi sığorta haqqının məbləğini buna uyğun müəyyən edilməsidir (differensiallaşmasıdır).

“Sığortalıların reyestri hazırda bankların istifadə etdiyi Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) oxşar olacaq. Yəni, sığorta şirkətləri hansısa müştəri ilə müqavilə bağlamazdan əvvəl onun nə dərəcədə məsuliyyətli müştəri olması, başqa sığorta şirkətlərini nə qədər xərcə salması barədə məlumatları əldə edəcəklər və buna uyğun olaraq ondan sığorta haqqı alacaqlar. Hazırda avtomobillərin icbari sığortasında belə bir reyestr var, “Bonus-Malus” sistemi formasında tətbiq olunur. Yaradılacaq reyestr isə digər sığorta növlərində, məsələn, kasko sığorta, daşınmaz əmlakın sığortası, eləcə də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortasında da məsuliyyətli və məsuliyyətsiz müştərilərə fərqli yanaşmanı təmin edəcək”, – deyə Palatadan bildirilib.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.