Azərbaycanda yeni peşə məktəbi fəaliyyət göstərəcək - Gələn ildən

Azərbaycanda yeni peşə məktəbi fəaliyyət göstərəcək - Gələn ildən
13 2017 13:52

Azərbaycanda gələn ildən yeni peşə məktəbi fəaliyyət göstərəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən, dövlətə məxsus “Zirvə” hotelinin bazasında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbi yaradılacaq.

Bu məqsədlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 23 dekabr 2016-cı il tarixli əmri ilə Şahdağ Regional Turizm Peşə Məktəbi ilə bağlı Komissiya yaradılıb. Şahdağ Regional Peşə Məktəbinə ilk şagird qəbulu 2017/2018-ci tədris ilində aparılacaq. Məktəbə mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadçı-şirniyytaçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə qəbulun keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, Azərbaycanda pilot peşə təhsili müəssisələri qurulacaq.

Əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması, peşə təhsili və təlimi müəssisələrinin mövcud vəziyyətinin hərtərəfli araşdırılması və optimallaşdırılması ilə bağlı tədbirlər planının hazırlanması tədbirləri çərçivəsində aparılan sorğu və araşdırmalar yolu ilə əldə edilən məlumatlara əsasən, 2017-2018-ci illərdə Təhsil Nazirliyi bazarda tələbatın yüksək olduğu prioritet sahələr üzrə ixtisaslı yeni kadrları hazırlaya biləcək pilot peşə təhsili müəssisələrini seçəcək. Seçilmiş pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərməsi üçün müvafiq hallarda onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi həyata keçiriləcək. Pilot peşə təhsili müəssisələrinin infrastrukturunun qurulması zamanı əlilliyi olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin sərbəst hərəkət imkanlarının təmin edilməsi ilə bağlı zəruri tədbirlər görüləcək


7 Dek 2023
Cəmiyyət

Bakıda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turizm tədbiri keçirilib

Filmdə Ulu Öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qərarlardan, vaxtında və məqsədyönlü şəkildə atdığı müdrik addımlardan, bu uğurlu siyasətin davamı olaraq son 20 ildə turizmə ölkə rəhbərliyi tərəfindən diqqətin göstərilməsi sayəsində turizm qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsindən bəhs olunur.

7 Dek 2023
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 7 dekabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

7 Dek 2023
Cəmiyyət

Əli Əsədov Böyük Britaniya dövlət katibinin müavini ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 7-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının dövlət katibinin parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Lord Offordla görüşüb.

7 Dek 2023
Cəmiyyət

Növbəti köç karvanı Füzuliyə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.