Azərbaycanda təhsil haqları azaldılıb

Azərbaycanda təhsil haqları azaldılıb
06 2017 18:00

Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrində çox mənbəli və alternativ maliyyə təminatına nail olunması və peşə təhsilinə əhalinin daha geniş təbəqəsinin cəlb edilməsi məqsədilə 2016/2017-ci tədris ilində ödənişli əsaslarla təhsil haqları azaldılıb.

REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 2016-cı il üzrə hesabatında bildirilib ki, illik təhsil haqlarının yuxarı həddi 650 manatdan 500 manata kimi azaldılıb, ən aşağı təhsil haqqı isə 350 manat həcmində müəyyənləşdirilib. 

Azərbaycanda ümumilikdə 604 uşağın, 2016-cı ildə isə 10 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Bununla yanaşı, alternativ xidməti olan 1 nömrəli Ailə tipli kiçik qrup evinə 3 nəfər uşaq yerləşdirilib, Lənkəran şəhərində Təhsil Nazirliyi tərəfindən oğlanlar üçün inşa edilən 2 nömrəli Ailə tipli qrup evinə yerləşdirmək üçün dövlət uşaq müəssisələrindən valideyn himayəsindən məhrum, tam kimsəsiz 12 nəfər uşaq seçilib. 

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 38 uşaq həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 8-16 yaşarası 4 uşaq övladlığa verilib. Bakı şəhərində fəaliyyət göstərən 4 pilot müəssisədə I və II siniflər üzrə 24 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb edilib.

Hazırda Azərbaycanda 76 ölkədən 4971 əcnəbi tələbə təhsil alır ki, bu da ötən tədris ilinə nisbətən 14,4% artıqdır. 


17 İyun 2025
Cəmiyyət

Dini Komitə yanında İctimai Şuranın üzvləri Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Bakıda yerləşən Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib, dini icmanın fəaliyyəti ilə tanış olublar.

17 İyun 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 7 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 495 min 500 sərnişin daşınıb.

17 İyun 2025
Cəmiyyət

Bu ilin beş ayında azad edilmiş ərazilərdə 27 min 204 hektar sahə minalardan təmizlənib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Xankəndi şəhərində baş tutub.

17 İyun 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaş qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.