Azərbaycanda təhlükəli hidrometeoroloji hadisə başlayır - XƏBƏRDARLIQ

Azərbaycanda təhlükəli hidrometeoroloji hadisə başlayır - XƏBƏRDARLIQ
31 2017 16:01

Güclü külək olacaq, temperatur düşəcək

Bu gündən Azərbaycanda təhlükəli hidrometeoroloji hadisə başlayır. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib.  Qurumdan İstiPress-ə verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.

Xəzərdə fırtına həyəcanı: neftçilər evakuasiya edildi

ETSN tibbi-meteoroloji xəbərdarlıq edir ki, martın 31-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi fonunda güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Mart ayının son günündə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək,  nisbi rütubət  gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında martın 31-də bəzi yerlərdə şimşək çaxacağı, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 5-9 dərəcə isti olacağı gözlənilir


7 Fev 2025
Cəmiyyət

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

7 Fev 2025
Cəmiyyət

Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyev dəfn edilib

İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.

7 Fev 2025
Cəmiyyət

Sabah qar yağacaq, yollar buz bağlayacaq - 08.02.2025

Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

7 Fev 2025
Cəmiyyət

Bu gün daha altı güləşçimiz Xorvatiyada keçirilən beynəlxalq turnirdə mübarizəyə qoşulacaq

Xorvatiyanın Zaqreb şəhərində keçirilən ilin ilk reytinqli turnirində bu gün Azərbaycanın daha altı güləşçisi mübarizəyə start verəcək.

7 Fev 2025
Cəmiyyət

Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.