Azərbaycanda təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı (YENİLƏNİB)

Azərbaycanda təbii qaz və elektrik enerjisinə görə güzəştli limitlər artırıldı (YENİLƏNİB)
23 Dek 2016 09:11

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkədə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər artırılıb.

Trend-in məlumatına görə, bu barədə bu gün keçirilən brifinqdə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Tarif (qiymət) Şurasının yeni qərarına əsasən, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Qeyd edək ki, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.


12 May 2025
Cəmiyyət

Ötən həftə 1315,7 ha ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə mayın 5-dən 11-nə qədər 32 tank əleyhinə mina, 45 piyada əleyhinə mina, 274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

12 May 2025
Cəmiyyət

AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldığı üçün "Azərbaycan Hava Yolları"nın (AZAL) sözügedən ölkələrə reysləri mərhələli şəkildə bərpa edilir.

12 May 2025
Cəmiyyət

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək.

12 May 2025
Cəmiyyət

Sabah 28 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

12 May 2025
Cəmiyyət

Son aylarda Azərbaycanda qızılca xəstəliyinə tək-tək hallarda rast gəlinir - RƏSMİ

Görülən məqsədyönlü tədbirlər nəticəsində son aylarda Azərbaycanda qızılca halları yalnız sporadik (tək-tək) şəkildə qeydə alınır.