Azərbaycanda süni mayalanma ilə bağlı müraciətlərin sayı xeyli artıb. Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib.
Q.Paşayeva bildirib ki, ana olmaq istəyənlər müraciət edirlər: “Hər ay bununla bağlı xeyli sayda anaların sadəcə müraciət məktublarını almırıq, eyni zamanda onlar özləri müraciət edir və bu məsələdə kömək istəyirlər”.
Q.Paşayeva qeyd edib ki, ona görə də süni mayalanmanın dövlət dəstəyi ilə həyata keçirilməsini nəzərdə tutuan “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin Milli Məclisin yaz sessiyasında qəbul edilməsi vacib məsələdir:
“İnsanlar bu qanun layihəsinin tez qəbul edilməsini istəyirlər. Qanun layihəsi aktual və vacib məsələdir. Layihədə söhbət ana sağlamlığından və gələcək nəslin sağlamlığından gedir. Layihədə nəzərdə tutulan məsələlər alilələrimiz üçün əhəmiyyətli olduğundan sənədin parlamentin yaz sessiyası çərçivəsində müzakirəyə çıxarılması vacibdir”.
Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi artıq hazırlanıb və Milli Məclisin yaz sessiyası çərçivəsində Səhiyyə komitəsinin iş planına daxil edilib.
Bu günə qədər Azərbaycanda COVID-19-a 1804 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb. Yoluxanlardan 24 nəfəri ölüb, 1325-i sağalıb, 455-i isə xüsusi rejimli xəstəxanalarda müalicəsini davam etdirir. Aprelin 27-dən etibarən ölkədə yumşaldılmış karantin rejimi qüvvədədir. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, bir çox vətəndaşlar həm küçədə, həm də ictimai nəqliyyatda maska və əlcəklərə məhəl qoymadan elementar təhlükəsizlik tədbirlərinə əməl etmir.
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Mayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.