Azərbaycanda silah satışına hansı hallarda icazə verilir?

Azərbaycanda silah satışına hansı hallarda icazə verilir?
06 2017 08:49

Azərbaycanda 25-28 min ovçu var. Bu barədə Trend-ə açıqlamasında "Respublika Ovçular və Balıqçılar Cəmiyyətləri" İctimai Birliyinin sədri Füzuli Əşrəfov bildirib.

F.Əşrəfov qeyd edib ki, ovçuların sayı fəsillərə görə dəyişir: "Yaz və yay aylarında Azərbaycanda ovçuların sayı azalsa da, oktyabr-fevral aylarında artır. Yəni ovçuların sayı mövsümə uyğun olaraq dəyişir".

O bildirib ki, ovçuların silahla təmin edilməsi üçün Daxili İşlər Nazirliyindən rəsmi icazə alınmalıdır: "Ümumiyyətlə, silah və ov vasitələrinin satışı ilə məşğul olan mağazaların fəaliyyətinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində qeydiyyata alınandan sonra icazə verilir. Mağazaya gətirilən bütün silahlar həmin idarədə qeydiyyata alınır, sonra satışına icazə verilir. İcazəsi olmadan heç bir mağaza silah sata bilməz".

Birlik sədrinin sözlərinə görə, silah almaq istəyən hər hansı şəxs əvvəlcə psixi və narkoloji müayinədən keçirilir, sağlamlıq vəziyyəti yoxlanılır: "Mağazadan hər adam silah ala bilməz. Silah almaq istəyən istənilən şəxs əvvəlcə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidir. Həmin şəxsin bundan əvvəl məhbus həyatı yaşayıb-yaşamaması, narkoloji və psixoloji xəstəliklərinin olub-olmaması yoxlanılır, idarə həmin şəxs barədə araşdırma sənədlərini toplayır. Əgər onun göstəriciləri müsbətdirsə, silah almasına icazə verilir. Rəsmi icazə mağazaya təqdim ediləndən sonra ona silah satılır. Bu icazə sənədi olmayan şəxsə silah satılmır".

F.Əşrəfov ovçular mağazasında yivli silahların satışı ilə bağlı məlumatlara da aydınlıq gətirib: "Avtomat, snayper və sair yivli silahların satışı qadağandır. Düzdür, ovçular mağazalarında bu görkəmdə silahlar var, amma onlar ov silahlarıdır".

O qeyd edib ki, əvvəllər silah almaq istəyən şəxsə silahla davranışla bağlı təlimlər keçirilirdi, onlar sınaq imtahanı verirdi: "İndi isə silah alan şəxs mağazada təlimatlandırılır, ona silahın xüsusiyyətləri izah edilir. Silah alan şəxs özü müstəqil şəkildə atış mərkəzlərində təlimlərə gedib iştirak edə bilər. Biz bu işi təşkil etmirik".

Birik rəhbəri bildirib ki, Azərbaycanda 2004-cü ildən sonra "Ovçuluq bileti"nin verilməsi səlahiyyəti rəhbərlik etdiyi qurumdan alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib: "İndi ovçu olmaq istəyənlər nazirliyin aidiyyəti departamentinə müraciət edir və orada imtahan verdikdən sonra "Ovçuluq bileti" alır".


18 Yan 2025
Cəmiyyət

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

18 Yan 2025
Cəmiyyət

Qanunsuz saxlanılan silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

17 Yan 2025
Cəmiyyət

Səhiyyə Nazirliyi Ağalıda əhali üçün səyyar müayinələr keçirib

Səhiyyə Nazirliyi Zəngilan rayonun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirib.

17 Yan 2025
Cəmiyyət

Hər gün yarım qreypfrut yeməyin möcüzəvi faydaları

Qaraciyər sağlamlığını qorumaq üçün təbii qidaların əhəmiyyəti böyükdür. Qastroenterologiya Mütəxəssisi Prof. Dr. Bülent Yaşar qreypfrut, filtr qəhvə, tünd şokolad və bu kimi qidaların faydalarını açıqlayıb.

17 Yan 2025
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 milyon 222 min 2 nəfərə çatıb.