Azərbaycanda qrip və kəskin respirator virus infeksiyalarla xəstələnmə epidemioloji hədd daxilindədir

Azərbaycanda qrip və kəskin respirator virus infeksiyalarla xəstələnmə epidemioloji hədd daxilindədir
18 2017 11:45

Respublikada həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər 2016-cı ildə Avropa regionunun əksər ölkələrində, xüsusən həmsərhəd ərazilərdə ağır gedişli, yüksək ölüm faizi ilə nəticələnən A (H1N1) virusu epidemiyasının ölkəmizə keçməsinin qarşısını alıb.

Trend-n məlumatına görə, bunu bu gün keçirdikləri mətbuat konfransında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, hər il olduğu kimi 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılıb. Virusoloji laboratoriyada aparılan müayinələr xəstələnmənin epidemioloji hədd daxilində olduğunu göstərir:

"Son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilib. Bununla əlaqədar infeksion xəstəliklər üzərində Elektron Müşahidə Sistemi tətbiq olunub və o, daima yenilənir və təkmilləşdirilir. Sistem vasitəsi ilə ölkəmizdə qeydə alınan hər bir infeksiya hadisəsi barədə onlayn rejimində məlumat alınır, operativ tədbirlər həyata keçirilir, epidemioloji vəziyyət, o cümlədən rayon səviyyəsində təhlil edilir. Bu elektron proqram Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Avropada ən müasir sistem kimi qiymətləndirilib və onun vasitəsi ilə müvafiq məlumatların birbaşa ÜST-ə göndərilməsinə də imkan yaradılıb".

A.Əliyeva deyib ki, son 10 gün ərzində - yanvarın təxminən 10-dan sonra kəskin respirator infeksiyalarla bağlı mərkəzə edilən müraciətlərin sayı azalıb. Kəskin respirator infeksiyalarla bağlı xəstələnmələrin ən pik dövrü dekabrda olub.


9 Dek 2023
Cəmiyyət

Müdafiə Nazirliyi: "Növbəti ildə azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edəcək"

Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.

9 Dek 2023
Cəmiyyət

Hindistanda güclü qasırğa 24 nəfərin ölümünə səbəb oldu

“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.

9 Dek 2023
Cəmiyyət

Zakir Həsənovdan mühüm tapşırıq

Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

9 Dek 2023
Cəmiyyət

İstirahət gününün HAVA PROQNOZU - Evdən çıxarkən çətirləri unutmayın

Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.