Azərbaycanda qış kurortları özəlləşdirilə bilər.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.
Qeyd olunur ki, logistika üzrə özəl sektorun xüsusi çəkisinin artırılması bu sahədə rəqabət mühitini sağlamlaşdıraraq, regional və beynəlxalq turizmin inkişafı üçün də ciddi təkan ola bilər. Azərbaycanda mədəni turizm, sağlamlıq turizmi, ekoturizm, kənd turizmi kimi turizm növləri üzrə tələbatın artırılması və qış turizminin inkişafına dəstək verilməsi kimi islahatların aparılması turizmlə bağlı digər alt sektorların daha da inkişaf etdirilməsi strategiyası ilə bağlıdır.
Turizmin inkişafında özəl sektorun iştirakının genişləndirilməsi istiqamətində atılacaq addımlar sırasında dövlət mülkiyyətində olan Şahdağdakı mehmanxanalardan başlamaqla, qış kurortlarının özəlləşdirilməsi məsələsi də nəzərdən keçirilə bilər. Peşəkar mehmanxana şəbəkələrindən idarəetmə heyətinin cəlb edilməsi və ya mövcud idarəetmə sisteminə əlavə inzibati çevikliyin gətirilməsi üçün özəlləşdirmə potensialı və özəlləşdirmə şərtləri qiymətləndirilməlidir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, Ermənistanın bu prosesə xələl gətirən hərbi-siyasi təxribatları barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto məlumatlandırıb.
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısını açıqlayıb.