Azərbaycanda qadınların sahibkarlıqla məşğul olmaları üçün YENİ İMKAN

Azərbaycanda qadınların sahibkarlıqla məşğul olmaları üçün YENİ İMKAN
27 Dek 2016 10:18

Azərbaycanda qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün daha əlverişli mühit yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, qanunvericilikdə sahibkarlıq fəaliyyəti sahəsində qadınlar üçün hər hansı məhdudiyyət nəzərdə tutulmur, eyni zamanda, qadınlara münasibətdə xüsusi güzəşt və imtiyazlar da müəyyənləşdirilmir. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatından tutmuş lisenziya və icazələrin verilməsi, vergi öhdəlikləri, yoxlamaların aparılması, pozulmuş hüquqların bərpası və s. kimi məsələlərədək heç bir cins fərqi və üstünlüyü müəyyənləşdirilmədən sahibkarlıq subyektləri öz hüquqlarını həyata keçirməkdə bərabər imkanlara malikdirlər.

Yol xəritəsində bildirilir ki, 2017-ci ildə qadın sahibkarlar üçün kreditləşmə, vergiqoyma və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması nəzərdən keçiriləcək. Bu mexanizmlər Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Mexanizmlər hazırlanan zaman, xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində olacaq. Kənd yerlərində qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdiriləcək və müvafiq tədbirlər görüləcək.

Bundan başqa, 2017-2020-ci illərdə qadın sahibkarlara informasiya dəstəyi vermək üçün qadınların sahibkarlıqla bağlı zəruri olan məlumatlara əlçatanlığının təmin olunması məqsədilə müxtəlif tədbirlər həyata keçiriləcək. Kiçik və orta sahibkarlıq agentliyinin nəzdindəki məlumat portalında bununla bağlı xüsusi bölmə yaradılacaq və əlaqəli məlumatlar burada öz əksini tapacaq.

Həmçinin, qadın sahibkarlığına dəstək məqsədilə xüsusi qadın biznes inkubatorlarının yaradılması nəzərdən keçiriləcək. İnkubatorların yaradılması və inkişafı qadınların sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması baxımından əhəmiyyətli olacaq, qadın sahibkarlığı sahəsinə investisiyaların cəlb olunması və maliyyələşmə üçün əlavə imkanlar yaradacaq.

Həmin illərdə qadın sahibkarlığının inkişafına töhfə vermək üçün qadın sahibkarlar assosiasiyalarının və peşə təşkilatlarının yaradılması təşviq ediləcək. Bu qurumların fəaliyyət sahəsinə qadınlar üçün sahibkarlıq mühitinin yaxşılaşdırılması məsələləri ilə bağlı hökumətlə konstruktiv dialoq aparmaq, qadınların imkanlarını məhdudlaşdıran gender stereotiplərini aradan qaldırmaq üzrə addımlar, qadın sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində geniş məlumatlandırma kampaniyalarının təşkili daxil ola bilər.

Bu prioritetin icrası nəticəsində ölkədə qadınların sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühit yaranacaq, kiçik və orta sahibkarlar arasında qadınların sayı daha da artacaq. Bu fəaliyyətlər həmçinin məşğulluq göstəricilərində də qadınların payının artmasına müsbət təsir göstərəcək.

Qeyd edək ki, ölkə üzrə iqtisadi fəal əhalinin ümumi sayında (4915,3 min nəfər) qadınların sayı 2404,5 min nəfər olub. Qadınların təmsilçilik göstəriciləri məşğul əhalinin sayında (4671,6 min nəfər) da aşağı səviyyədədir – belə ki, məşğul kişilərin sayı 2408,2 min, məşğul qadınların sayı isə 2263,4 min nəfər təşkil edib. Təbii ki, bu göstərici işsizliyə də öz təsirini göstərir – 243,7 min nəfər işsizin 141,1 min nəfərini qadınlar təşkil edib. Rəsmi statistikaya əsasən, onlardan yalnız 11,1 min nəfəri işsiz statusu alıb.

İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyənlərin 58,8 faizi kişilər, 41,2 faizi isə qadınlar olub. Qadınlar daha çox təhsil, səhiyyə və incəsənət sahələrində təmsil olunurlar. Təhsil sahəsində çalışanların 71,4 faizini, səhiyyə və sosial xidmətlər sahəsində çalışanların 76,6 faizini, istirahət, əyləncə və incəsənət sahəsində çalışanların 63,6 faizini qadınlar təşkil edib.


28 Okt 2020
Cəmiyyət

Həftəsonu nəqliyyat dayandırılır - RƏSMİ

Bəzi şəhər və rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək.

28 Okt 2020
Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejimi yenidən uzadıldı - RƏSMİ

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabr 2020-ci il saat 06:00-dək uzadılır.  

28 Okt 2020
Cəmiyyət

Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı - SİYAHI

Ölkə ərazisində sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasınnı Nazirlər Kabineti “Xüsusui karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərara dəyişikliklər edib.

28 Okt 2020
Cəmiyyət

Azərbaycanda koronavirusa 988 yoluxma sayı ilə yeni rekord qeydə alındı: 11 nəfər öldü - FOTO

Azərbaycanda koronavirusa (COVID-19) 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

28 Okt 2020
Cəmiyyət

Ceyhun Bayramov iranlı rəsmilərlə Qarabağla bağlı danışıqlarda - FOTO

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini və İran İslam Respublikasının Prezidentinin xüsusi elçisi Seyid Abbas Arağçını qəbul edib.