Azərbaycanda qaçqın statusu almış əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda qaçqın statusu almış əcnəbilərin sayı açıqlanıb
07 2017 13:43

“2016-cı ilin 31 dekabr tarixinə olan məlumatlara əsasən ölkədə olan və ya yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 111 988 nəfər olub. Onlardan 63580-i olduğu yer üzrə qeydiyyata alınıb, 24-nün müvəqqəti olma müddəti uzadılıb, 37752-si müvəqqəti yaşamaq üçün icazə, 10559-u daimi yaşamaq üçün icazə, 73-ü isə qaçqın statusu alıb”. APA-nın xəbərinə görə, bu Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, ötən il qaçqın statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib: “Onlardan əvvəlki hesabat dövründə daxil olmuş müraciətlər də nəzərə alınmaqla, 31 (ailə üzvləri ilə birlikdə 52 nəfər) əcnəbi barədə qaçqın statusunun verilməsi haqqında vəsatətlərin təmin olunmamasına, 49 (ailə üzvləri ilə birlikdə 119 nəfər) əcnəbi haqqında qaçqın statusu verilməsindən imtina edilməsinə dair qərarlar qəbul edilib. 2016-cı il ərzində 4 ərizəçiyə (ailə üzvləri ilə birlikdə 16 nəfər) qaçqın statusu verilib, 17 əcnəbinin (ailə üzvləri ilə birlikdə 36 nəfər) vəsatəti isə icraatdadır. Hazırda qaçqın statusu almış 50 şəxs (ailə üzvləri ilə birlikdə 73 nəfər) Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır”. 


24 Mar 2023
Cəmiyyət

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakının Sabunçu rayonunda yeniyetmə itkin düşüb.

24 Mar 2023
Cəmiyyət

Azərbaycan ət idxalını 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

24 Mar 2023
Cəmiyyət

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

24 Mar 2023
Cəmiyyət

Xankəndi yolunda sülhməramlılarla BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB + VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.