Azərbaycanda pilot peşə təhsili müəssisələri qurulacaq

Azərbaycanda pilot peşə təhsili müəssisələri qurulacaq
27 Dek 2016 10:24

Azərbaycanda pilot peşə təhsili müəssisələri qurulacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması və peşə təhsili və təlimi müəssisələrinin mövcud vəziyyətinin hərtərəfli araşdırılması və optimallaşdırılması ilə bağlı tədbirlər planının hazırlanması tədbirləri çərçivəsində aparılan sorğu və araşdırmalar yolu ilə əldə edilən məlumatlara əsasən, 2017-2018-ci illərdə Təhsil Nazirliyi bazarda tələbatın yüksək olduğu prioritet sahələr üzrə ixtisaslı yeni kadrları hazırlaya biləcək pilot peşə təhsili müəssisələrini seçəcək. Seçilmiş pilot peşə təhsili müəssisələrinin müasir standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərməsi üçün müvafiq hallarda onların əsaslı təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi həyata keçiriləcək. Pilot peşə təhsili müəssisələrinin infrastrukturunun qurulması zamanı əlilliyi olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin sərbəst hərəkət imkanlarının təmin edilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.

Həmçinin seçilmiş pilot peşə təhsili müəssisələrində yaşayan qaçqın və məcburi köçkünlərin müvafiq dövlət qurumu tərəfindən digər yaşayış yerlərinə köçürülməsi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək. Peşə təhsili sisteminə özəl sektorun daha çox cəlb olunmasına imkan verən stimullaşdırıcı tədbirlərlə bağlı təkliflər işlənib hazırlanacaq. Özəl sektor tərəfindən özəl peşə təhsili müəssisələrinin yaradılması və ya özəl sektorun dövlət peşə təhsili müəssisələrində idarəçiliyə cəlb edilməsi ilə bağlı təşəbbüslərin stimullaşdırılması üzrə də təkliflər veriləcək.

2017-2020-ci illərdə pilot peşə təhsili müəssisələrində işəgötürənlərlə tərəfdaşlıq mexanizminin qurulması, peşə standartları və kurikulumların işlənilməsi nəzərdə tutulur.

İşəgötürənlərlə qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin icrasına pilot peşə təhsili müəssisələrinin qurulması tədbiri çərçivəsində seçilmiş pilot peşə təhsili müəssisələrindən başlanacaq. Bu məqsədlə Təhsil Nazirliyi tərəfdaş işəgötürənlərin maraq və öhdəliklərini, eləcə də onların həvəsləndirilməsi və əməkdaşlığın stimullaşdırılması üzrə mexanizmləri təsbit edərək həyata keçirmək üçün mövcud normativ hüquqi bazada müvafiq dəyişikliklərin edilməsi istiqamətində təkliflər təqdim edəcək.

Qabaqcıl dünya ölkələrində tətbiq olunan təcrübə nəzərə alınmaqla, dövlət-özəl tərəfdaşlığına əsaslanan mexanizm çərçivəsində işəgötürənlərin maraq və öhdəlikləri, eləcə də bu öhdəliklərin həcmi müəyyən ediləcək. Tərəfdaşlıq işəgötürənlərin maraq və öhdəliklərinin həcminə müvafiq olaraq aşağı, orta və ya yuxarı tərəfdaşlıq səviyyəsində müəyyənləşdiriləcək.

Bundan başqa, 2020-ci ildə pilot peşə təhsili müəssisələrində tətbiq olunan peşə standartlarının və təhsil proqramlarının (kurikulumların) digər peşə təhsili müəssisələrində tətbiqi nəzərdə tutulur. Pilot layihələr çərçivəsində əldə edilmiş uğurlu təcrübədən bütün peşə təhsili və təlimi sisteminin faydalanmasını təmin etmək üçün Təhsil Nazirliyi layihə çərçivəsində istifadə olunan təhsil proqramlarının (kurikulumların) qiymətləndirilməsini həyata keçirəcək və məqsədəmüvafiq hallarda onların digər peşə təhsili müəssisələrində tətbiqini təmin edəcək.

İşəgötürənlərlə pilot peşə təhsili müəssisələri arasında əməkdaşlıq nəticəsində bazarın tələblərinə uyğun peşə standartları və təhsil proqramları (kurikulumlar) hazırlanacaq, məzunların məşğulluq səviyyəsi artacaq və gələcəkdə keyfiyyətli kadr hazırlığının təmin olunması üçün bu təcrübənin digər peşə təhsili müəssisələrində tətbiqinə zəmin yaranacaq. Bundan əlavə, peşə təhsilinin müsbət imici yaranacaq və peşə təhsilini seçənlərin sayı artacaq.

Peşə təhsili məzunlarının əmək məhsuldarlığının və məşğulluq imkanlarının artması nəticəsində bu prioritetin real ÜDM-ə 1 milyon manat həcmində dolayı təsir göstərəcəyi proqnozlaşdırılır.

2020-ci ilədək işəgötürənlərlə tərəfdaşlıq əlaqələri çərçivəsində müxtəlif istiqamətli 10 pilot peşə təhsili müəssisəsinin təşkili və pilot peşə təhsili müəssisələrinin məzunlarının məşğulluq səviyyəsinin 6 ay ərzində 50 faizə çatdırılması nəzərdə tutulur. Məşğulluq imkanlarının artması pilot peşə təhsili müəssisələrində təhsilalanların sayının 50 faiz artmasına imkan verəcək. Peşə təhsilinə cəlb edilmiş həssas əhali qruplarından olan uşaqların sayının peşə təhsili üzrə təhsilalanların ümumi sayında payının 5 faizdən çox olması təmin ediləcək.

Seçilmiş pilot peşə təhsili müəssisələrinin yenidən qurulmasına (tikinti, əsaslı təmir və maddi-texniki təchizat) 165 milyon manat, tərtib ediləcək yeni kurikulumlar (tədris vəsaiti, kitablar, onlayn dərsliklər daxil olmaqla) üçün isə 150 min manat maliyyə vəsaitinin tələb ediləcəyi proqnozlaşdırılır.


27 Noy 2021
Cəmiyyət

İşğaldan azad edilən Füzulinin Qoçəhmədli kəndi - VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Qoçəhmədli kəndindən video yayımlayıb. 

27 Noy 2021
Cəmiyyət

Bakıda Beynəlxalq Sosial Sahibkarlıq Forumu keçirildi - FOTO

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Avropa Komissiyasının “Erasmus+” proqramı tərəfindən maliyyələşdirilən və sosial sahibkarlığın inkişafına yönəlmiş “Start it Up, Keep it Up” layihəsi çərçivəsində 16-19 noyabr tarixlərində Beynəlxalq Sosial Sahibkarlıq Forumu baş tutub.   

27 Noy 2021
Cəmiyyət

Xəzər dənizində zəlzələ qeydə alınıb

Noyabrın 27-də Xəzər dənizində zəlzələ baş verib.

27 Noy 2021
Cəmiyyət

Xəzərdə zəlzələ oldu

Noyabrın 27-də Xəzər dənizində zəlzələ baş verib.

27 Noy 2021
Cəmiyyət

Orduxan Qəhrəmanzadə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yeni Baş katibi təyin olunub

26 noyabr tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İdarə Heyətinin görüşü keçirilib.