Azərbaycanda minimum əmək haqqı artırılacaq

Azərbaycanda minimum əmək haqqı artırılacaq
10 Dek 2016 13:39

2025-ci ildən sonra Azərbaycanda yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə bildirilir.

Sənədə əsasən, 9 ildən sonra yoxsulluq probleminin həllinə iki yanaşma olacaqdır: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək. Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60%-nə yaxınlaşacaq. (Hazırda bu göstərici 21-22%-dir).

Bundan başqa, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 2025-ci ildən sonra iqtisadi, sosial, demoqrafik, təbiət və texnoloji sahələrdə baş verə biləcək əsas dəyişikliklərin və problemlərin nəzərə alınması planlaşdırılır.

“Adekvat ərzaq təhlükəsizliyi sisteminin formalaşdırılması üçün yeni qida zənciri texnologiyalarının tətbiqinin genişləndirilməsi (biotexnologiya və nanotexnologiyalardan istifadə səviyyəsinin artırılması, digər istehsal texnologiyalarından istifadə vasitəsilə ərzaq istehsalının artırılması, qidanın medikallaşdırılması və yeni qida növlərinin yaradılması) və yeni aqro-ərzaq zənciri strukturlarının formalaşdırılması (orqanik məhsul istehsalının genişləndirilməsi, regional, yerli və alternativ qida zəncirlərinin formalaşdırılması, qida zənciri üzrə itki və tullantıların azaldılması və yenidən emal imkanlarının genişləndirilməsi) nəzərdə tutulur.

Hazırda Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində Azərbaycan qida təminatına görə 61-ci, qida məhsullarının keyfiyyətinə görə 86-cı 51 yerdədir. Daha yaxşı kənd təsərrüfatı sistemi Azərbaycanın hər iki göstərici üzrə mövqeyinin təxminən 40-cı yerə yüksəlməsinə imkan verəcək”, - deyə “Strateji Yol Xəritəsi”ndə qeyd olunub.

Bundan başqa, sənəddə deyilir ki, şəhər yerlərində uyğun mənzil təminatı seçimləri Azərbaycanın kənd yerlərində olan hazırkı işçi qüvvəsinin şəhər yerlərindəki məşğulluq imkanlarından bəhrələnməsinə şərait yaradacaq: 

“Bu, nəinki yoxsulluq səviyyəsini azaltmağa kömək edər, hətta regionlar arasında gəlir bərabərsizliyinin azalmasına gətirib çıxara bilər. Mənzil təminatı artan şəhər əhalisinin tələblərini də əhatə edəcək və bu əhali qrupunun xüsusi çəkisi hazırkı təxminən 55%-dən 70-75%-ə qədər artacaq.

Daha yaxşı məşğulluq imkanlarına görə şəhərlərə axın və kənd yerlərində daha yüksək gəlirli məşğulluq imkanlarının artımı nəticəsində gəlirlərdəki bərabərsizlik azalacaqdır. 2025-ci ildən sonra Bakı ilə ölkənin digər regionları arasındakı gəlir fərqi adambaşına təxminən 50%-dən 40%-ə enəcək". 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.